...

Azərbaycanın nailiyyətləri çoxlarını qıcıqlandırır (VİDEO)

Siyasət Materials 17 Sentyabr 2017 10:25 (UTC +04:00)
Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər çoxlarını qıcıqlandırır.
Azərbaycanın nailiyyətləri çoxlarını qıcıqlandırır (VİDEO)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər çoxlarını qıcıqlandırır. Ona görə də Azərbaycana qarşı kampaniyalar vaxtaşırı təkrar olunur.

Trend-in məlumatına görə, bunu "Strategiya.az" saytının baş redaktoru İbrahim Əliyev "Baku Network" Ekspert Şurasının regionda siyasi vəziyyətə həsr olunmuş müzakirələrində deyib.

İ.Əliyev bildirib ki, Azərbaycan əleyhinə aparılan məqsədyönlü, düşmənçilik siyasəti mütəmadi olaraq təkrarlanır:

"Bu gün dünyada hökmranlıq uğrunda mübarizə davam edir, istəmirlər ki, nisbətən kiçik bir ölkə müstəqil siyasət həyata keçirsin. Onlar istəmirlər ki, müsəlman dövləti müstəqil siyasət aparsınlar. Kiçik dövlətləri Avropa İttifaqına qəbul etdilər, amma Türkiyəni qəbul etmirlər. Çünki Türkiyə müsəlman dövlətidir. Mənzərəyə nəzər salanda görürük ki, müsəlman dövlətinin müstəqil siyasət aparması onların xoşuna gəlmir. Ölkəmizə qarşı aparılan kampaniyalar da məhz bu amillərlə bağlıdır. Ancaq zaman göstərir ki, ölkəmizə qarşı bu cür kampaniyalarla heç nəyə nail ola bilmirlər".

http://bakunetwork.com

Əlaqə üçün Facebook, TwitterYoutube

Xəbər lenti

Xəbər lenti