...

Azərbaycandakı dini konfessiyaların nümayəndələri Brüsselə səfər edəcək

Siyasət Materials 20 Sentyabr 2017 15:54 (UTC +04:00)
Avropa İttifaqının Bakıdakı nümayəndəliyi gələn həftə ilk dəfə Azərbaycandakı dini konfessiyaların nümayəndələrinin Brüsselə səfərini təşkil edəcək
Azərbaycandakı dini konfessiyaların nümayəndələri Brüsselə səfər edəcək

Bakı. Ləman Zeynalova - Trend:

Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyi gələn həftə ilk dəfə Azərbaycandakı dini konfessiyaların nümayəndələrinin Brüsselə səfərini təşkil edəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas deyib.

O qeyd edib ki, səfər sentyabrın 25-dən 28-dək davam edəcək.

K.Yankauskas əlavə edib ki, səfərin ilk günündə Avropa təşkilatlarında, ikinci günündə isə NATO mənzil-qərargahında müzakirələr keçiriləcək:

“Azərbaycanın tolerantlıq ənənələrinə malik olduğunu nəzərə alsaq, bu dialoq çox vacibdir. Biz ümid edirik ki, bu səfər Aİ ilə Azərbaycan arasında qarşılıqlı anlaşmanın daha da yaxşılaşmasına xidmət edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti