...

Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi - VİDEO

Siyasət Materials 21 Sentyabr 2017 16:14 (UTC +04:00)
Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi icra olunub.
Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi - VİDEO

Bakı. Trend:

Bu gün genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub.

Plana müvafiq olaraq bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr yeni silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Mürəkkəb dağlıq relyef və radioelektron, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilib, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.

Müxtəlif poliqonlarda və müasir avadanlıqlarla təchiz edilmiş təlim sahələrində yeni silah sistemlərinin də istifadəsilə döyüş atışları icra olunub, bölmələrin və atəşin manevrləri yerinə yetirilib.

Trend Müdafiə Nazirliyinə istinadən təlimlərdən videogörüntünü təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti