Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanın müvafiq qurumları valideynləri İŞİD terror təşkilatına qoşulan və hazırda İraqda qalan azərbaycanlı uşaqların ölkəyə gətirilməsi istiqamətində işlər aparır.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, komitədə bununla bağlı məlumat var: “Ancaq bu məsələ ilə başqa dövlət qurumları məşğul olur. Əminəm ki, məsələ öz həllini tapacaq”
Qeyd edək ki, valideynləri İŞİD-ə qoşulan 2 yaşlı Xədicə və qardaşı, 3 yaşlı Abdulla hazırda Bağdaddakı sığınacaqdadır.