Bakı. Trend:
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Tbilisiyə yola düşüb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Z.Həsənov Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri (SQ) rəhbərlərinin üçtərəfli görüşündə iştirak edəcək.
Görüş oktyabrın 17-də keçiriləcək.