Naxçıvanda hərbi parad keçirilib (FOTO)

Naxçıvanda hərbi parad keçirilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 18-də - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə iştirak ediblər.

Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev tədbirə hazırlıq barədə Ali Məclisin sədrinə raport verib.

Ali Məclisin Sədri əsgərləri salamlayıb. Dövlət Himni ifa olunub.

V.Talıbov Dövlət Müstəqilliyi Gününün Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü ilə qeyd olduğunu bildirib, əlamətdar bayramlar münasibəti ilə tədbir iştirakçılarını, eləcə də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublika ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini, bütün muxtar respublika əhalisini təbrik edərək deyib: Müdriklər dövlətlərin qüdrətini onun ordusunun qüdrəti ilə ölçürdülər. İtalyan filosofu və mütəfəkkiri Nikolo Makiavelli özünün məşhur “Hökmdar” əsərində göstərirdi ki, “bütün dövlətlərdə hakimiyyətin əsasını yaxşı qanunlar və yaxşı ordu təşkil edir”.

Ali Məclisin sədri deyib: "Ümummilli Liderimiz Azərbaycana hər iki rəhbərliyi dövründə dövlət və ordu quruculuğu məsələlərini diqqətdə saxlamış, ordu quruculuğu sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirmişdir. Ölkəmizdə dövlət müstəqilliyi elan olunandan sonra bu müstəqilliyin qorunmasına da 1991-ci ilin sentyabrında Naxçıvanda ilk milli ordu qurumunun yaradılması ilə başlanılmışdır. O vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən Ümummilli Liderimiz muxtar respublikanın sərhədlərinin möhkəmləndirilməsi və müdafiəsinin təşkili haqqında qərarlar qəbul etmiş, bununla da milli hərbi hissələrə və könüllü dəstələrə vahid rəhbərlik təmin olunmuşdur. 1992-ci il sentyabrın 15-də isə Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumu - 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmişdir. 25 il bundan əvvəl - 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirilən ilk hərbi paradda ümummilli lider Heydər Əliyev deyirdi: “Biz 70 il ərzində hər il keçmiş Sovetlər İttifaqının silahlı qüvvələrinin bayramlarının iştirakçısı olmuşuq. Fəqət bugünkü bayram bizim hər birimizin qəlbində böyük iftixar hissi doğurur. Biz böyük sevinc içərisindəyik. Çünki Azərbaycan xalqı, nəhayət, öz dövlətini, öz millətini, öz doğma torpaqlarını müdafiə etmək üçün milli ordusunu yaratmışdır”.

Qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Liderimiz ordu quruculuğunu dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirib, Silahlı Qüvvələrimiz mühüm təşkilatlanma və inkişaf yolu keçib. Ümummilli Liderimizin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da artıb, maddi-texniki bazası möhkəmləndirilib, hərbçilərin sosial-məişət şəraiti yaxşılaşdırılıb. Hazırda müasir texnikalarla təchiz edilmiş Azərbaycan ordusu yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdir. Ali Baş Komandan Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə də xüsusi diqqət yetirir. Ölkə Prezidentinin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən Naxçıvanda 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Naxçıvanın etibarlı müdafiəsi ilə bağlı görülən tədbirlərin davamıdır.

Ali Məclisin sədri deyib ki, Bu gün Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki təminatı davamlı olaraq möhkəmləndirilir, şəxsi heyətin döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı artırılır: "Son 25 il ərzində muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilmiş, müxtəlif hərbi təyinatlı 214 obyekt istifadəyə verilmişdir. Əlamətdar yubiley günündə yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi də ordu quruculuğu sahəsində görülən işlərin davamıdır".

Ali Məclisin sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsində, buradakı ordu hissələrinin formalaşmasında Türkiyənin təmannasız köməkliyinə görə qardaş Türkiyə dövlətinə, xalqına və Silahlı Qüvvələrinə hörmət və ehtiramını bildirib.

Daha sonra Ali Məclisin sədri şəxsi heyətə müraciətlə deyib: "Bu gün sizin qarşınızda mühüm vəzifələr dayanır. Bilirik ki, daim şərəfli əsgər və zabit adını doğrultmağa çalışır, Vətənə, ümummilli lider Heydər Əliyev yoluna sədaqət nümayiş etdirirsiniz. Naxçıvan Muxtar Respublikasının fəal strateji mövqedə yerləşməsi sizin üzərinizə düşən məsuliyyəti daha da artırır. Bu gün Silahlı Qüvvələrimizin muxtar respublika ərazisindəki hərbi hissələrində olan birlik, vətənpərvərlik və yüksək döyüş əhvali-ruhiyyəsi, torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir. İnsanlar muxtar respublika ərazisindəki ordu birləşmə və hissələrinə güvənərək rahat yaşayır, təsərrüfatlarını genişləndirir, muxtar respublikanın inkişafına öz töhfələrini verirlər".

Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordusunun qarşısında duran vəzifələrin bundan sonra da peşəkarlıqla icra ediləcəyinə əminliklə bir daha Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını və şəxsi heyəti təbrik edib, çıxışını Ali Baş Komandan cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Bu gün Azərbaycan xalqı vahid amal ətrafında birləşib - ölkəmizi daha da gücləndirməliyik, müstəqilliyimizi daha da möhkəmləndirməliyik, ordumuzun gücünü daha da artırmalıyıq ki, ərazi bütövlüyümüzü bərpa edək”.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev tədbirdə çıxış edərək deyib ki, bu gün muxtar respublikada hərbi xidmətin günün tələbləri səviyyəsində təşkili üçün hər cür şərait yaradılıb. Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazası möhkəmləndirilib, ordu ən müasir silahlarla təchiz olunub, Əlahiddə Aviasiya hərbi hissəsi yaradılıb. Muxtar respublikadakı bütün hərbi hissələr, xüsusilə də müdafiə zolağında yerləşən döyüş mövqeləri əsaslı şəkildə yenidən qurulub, xidmətin nümunəvi təşkili üçün lazımi şərait yaradılıb. Həyata keçirilən kompleks tədbirlər hərbçilərin döyüş qabiliyyətinin və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək deyib ki, ümummilli liderin Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu tədbirləri bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasının müdafiəsinin etibarlı təşkili ölkəmizdə həyata keçirilən ordu quruculuğu tədbirlərinin əsas istiqamətlərindəndir. Muxtar respublikada Əlahiddə Ümumqoşun Ordunun yaradılması və onun müasir silah, döyüş texnikası, aviasiya, hava hücumundan müdafiə qurğuları ilə təchiz olunması bu sahədə görülən işlərin tərkib hissəsidir. Bu gün Əlahiddə Ümumqoşun Ordu istənilən döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. Z.Həsənov Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə şəxsi heyətə təbriklərini çatdırıb.

Sonra Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi parad keçirilib.

Hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun, birləşmə və hissələrinin 2 min nəfərə yaxın şəxsi heyəti, 160-dan çox hərbi texnika və silah sistemləri, o cümlədən 10-dan artıq döyüş vertolyotu və təyyarəsi iştirak edib. Hərbi paradı minlərlə muxtar respublika sakini izləyib.

Paradda ilk olaraq Azərbaycan Respublikasının dövlət bayrağı altında Heydər Əliyev adına Hərbi Liseyin kursantları meydana daxil olublar. Bu gün Heydər Əliyev adına Hərbi Lisey mötəbər hərbi təhsil müəssisəsinə çevrilib. Gələcəyin zabitləri üçün hər cür tədris şəraiti yaradılıb. Liseyin məzunları Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif bölmələrində ləyaqətlə xidmət edir, Naxçıvanın qədim hərb ənənələrini şərəflə yaşadırlar.

Əlahiddə Ümumqoşun Ordunun mexanikləşdirilmiş, motoatıcı, xüsusi təyinatlı, kəşfiyyat, dağ atıcı, tank, reaktiv artilleriya, hava hücumundan müdafiə və rabitə bölmələrinin, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki-müdafiə alayının şəxsi heyəti nizami addımlarla tribunanın önündən keçiblər.

Sonra hərbi texnikanın keçidi olub.

Əlahiddə Ümumqoşun Ordunun bayrağının ardınca üzərində tank əleyhinə idarə olunan “SPAYK” raket kompleksləri quraşdırılmış “Qred Vul” avtomobilləri, “Ştorm-3” Sofa maşını, “Kobra” yüngül zirehli transportyoru, iriçaplı pulemyot quraşdırılmış “Sandkat” avtomobilləri meydana daxil olub. Azərbaycanda istehsal olunan və beynəlxalq sərgilərdə böyük maraqla qarşılanan “Marauder” zirehli döyüş maşınları, “Orbiter-3B” pilotsuz uçuş aparatları tribuna önündən keçib. Sonra dağlıq ərazidə aparılan döyüşlərdə yüksək manevrliliyi ilə seçilən “Lançer” reaktiv artilleriya kompleksi, “Sani” minaatanları, avtomobillər üzərində quraşdırılmış müxtəlif markalı artilleriya qurğuları, tank əleyhinə “D-44” topu və “MT-12” topları, atəş dəqiqliyi və effektivliyinə malik “D-30” haubitsası, “D-20” və “M-46” top haubitsası, atəş uzaqlığı 35 kilometrə qədər olan “Qiasint-B” topları nümayiş olundu.

Hərbi paradda “BM-21 Qrad”, “Qrad-LAR”, “Sakarya”, “Qasırğa” yaylım atəşli reaktiv sistemləri, “Smerc” döyüş maşını, idarəetmə məsafəsi və məhvetmə imkanı artırılmış “OSA”, “S-125” zenit raket kompleksləri, zirehli transportyor “BTR-82A”, piyadaların döyüş maşınları 2 və 3, özüyeriyən tank əleyhinə “Xrizantema” kompleksi, müasir aşkaretmə, izləmə və atəşaparma cihazları ilə təchiz olunmuş “T-72 M1” və “T-90C” tankları, eləcə də “T-90C” tankı üzərində quraşdırılmış “TOS-1A” reaktiv sistemi və özüyeriyən artilleriya qurğusu “Qvozdika” keçidi davam etdirib. Əlahiddə Ümumqoşun Ordunun silahlanmasında olan silah və texnika kolonunu “ZQ-23-2” zenit qurğularının keçidi tamamlayıb.

“Mİ-17-1V” hərbi vertolyotu Azərbaycan bayrağını dalğalandırıb, “SU-25” döyüş təyyarələri, “Mİ-17-1V” və “Mİ-35M” vertolyotları müxtəlif döyüş düzülüşündə səmanı fəth ediblər. Bununla da hərbi parad başa çatıb.

Müstəqillik günündə Naxçıvanda ilk milli hərbi hissənin yaranmasının 25-ci ildönümünə həsr olunmuş hərbi paradın keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublikadakı birləşmə və hissələrin güc və qüdrətini bir daha nümayiş etdirib.

Bu gün eləcə də Əlahiddə Ümumqoşun Ordunun yeni Təlim-Tədris Mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Tədbirdə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarının, bir qrup hərbiçiyə isə Ali Məclis Sədrinin hədiyyələrinin təqdimatı olub.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 17 oktyabr tarixli Sərəncamı ilə hərbi xidmətdə səmərəli fəaliyyətinə görə 10 hərbiçi “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, 10 hərbiçi isə “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunub.

Ali Məclisin sədri “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarını, eləcə də hədiyyələri hərbiçilərə təqdim edib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov döyüş hazırlıqlarının həyata keçirilməsində əldə etdikləri nailiyyətlərə, xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə bir qrup hərbi qulluqçuya “Şücaətə” görə və “Hərbi xidmətdə fərqləndiyinə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarını, bir qrup hərbi qulluqçuya isə vaxtından əvvəl hərbi rütbələri təqdim edib.

Sonra V.Talıbov və Z.Həsənov Təlim-Tədris Mərkəzinin açılışını bildirən lenti kəsiblər.

Mərkəzlə tanışlıq zamanı qeyd olunub ki, 3 mərtəbədən ibarət olan binada simulyasiya mərkəzi, trenajor zalı, zirehli texnika, raket-artilleriya sistemləri, rabitə, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər sinif otaqları, kitabxana, mətbəə, xarici dillər kabinəsi və 700 yerlik tədbirlər zalı vardır. Hərbi tədris proqramının keyfiyyətlə mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması üçün sinif otaqlarında lazımi şərait yaradılıb, kompüterlər quraşdırılıb, əyani vəsaitlər və məlumat stendləri qoyulubdur.

Trenajor zalında tank, artilleriya və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə 18 trenajor quraşdırılıb. Trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş zamanı onlardan atəş açılması üzrə təlimlərin keçirilməsi öyrədiləcəkdir. Keçirilən təlimlərin sonunda qiymətləndirmənin aparılması isə şəxsi heyətin bilik səviyyəsini və peşəkarlığını müəyyən etməyə imkan verəcəkdir.

Simulyasiya mərkəzində artilleriya qurğularının taktiki-texniki xüsusiyyətləri, həmçinin atışın idarə olunması üzrə məşğələlərin praktik mənimsənilməsi üçün hər cür şərait yaradılıb, otaqlarda mərkəzdən idarə olunan və xüsusi proqram təminatına malik 100 kompüter və proyektorlar quraşdırılıb. Atəş hazırlığı otağında yaradılan virtual təlim meydançası döyüş sursatı sərf etmədən müxtəlif şəraitdə atəşin idarəolunmasını həyata keçirməyə imkan verir. Həmçinin burada atəş tapşırıqlarını təhlil etmək və qiymətləndirmək, atəş göstəricilərinin dəqiqliyinin müqayisə etmək mümkündür.

Tədbir zalına baxış zamanı Əlahiddə Ümumqoşun Ordunun keçdiyi inkişaf yolundan bəhs edən film göstərilib.

Kitabxanada Azərbaycan və dünya ədəbiyyatı nümunələri, eləcə də ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən 16 mindən artıq kitab, qəzet və jurnal materialları qoyulub. Burada şəxsi heyət üçün gündəlik dövri mətbuatla tanış olmaq, hərbi və bədii ədəbiyyatları mütaliə etmək imkanı vardır. Həmçinin kitabxanada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamına uyğun olaraq “Oxunması zəruri olan kitablar”dan ibarət guşə də yaradılıb.

Ali Məclisin Sədri Təlim-Tədris Mərkəzinin imkanlarından səmərəli istifadə olunması, şəxsi heyətin nəzəri biliklərinin və döyüş hazırlığının daha da artırılması ilə bağlı tapşırıqlar verib.

Azərbaycanda bankların informasiya təhlükəsizliyi gücləndirilir
Azərbaycanda bankların informasiya təhlükəsizliyi gücləndirilir
Cənubi Koreya Azərbaycanda  yeni layihələr icra edəcək
Cənubi Koreya Azərbaycanda yeni layihələr icra edəcək
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
Loading Bars
Xəbər lenti
Azərbaycan xarici ticarətdə müsbət saldoya nail olub
İspaniya La Liqası: "Barselona" ​​çempion olmaq şansını itirib
Qəzza zolağından mayın 10-dan İsrail istiqamətində 2 968 raket atılıb
Ağcabədidə ağır yol qəzası baş verib: 2 ölü, 3 yaralı var (ƏLAVƏ OLUNUB)
Rusiya prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
Kürdəmir rayonunda "VAZ" yanıb
Şuşa yenidən dirçəlir və qayıdışa hazırlanır - Deputat
Azərbaycanın Türkiyədən kimyəvi məhsul idxalı 30 faiz artıb
Qaradağda “Shacman” aşaraq yanıb
Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları açıqlanıb
Azərbaycandakı tolerantlıq mühitinin Vətən müharibəsində böyük töhfəsini gördük - Deputat
FHN Lənkərandakı qəza ilə bağlı məlumat yayıb
Təlimlərdə döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilir (VİDEO)
Azərbaycan OPEC+ sazişini necə icra edir? - Beynəlxalq Agentlikdən qiymətləndirmə
NATO PA-nın yaz sessiyası başlayıb
Ermənistanda partiyalar prezident və baş naziri vəzifədən uzaqlaşdırmağa çağırıb
Soydaşımız cüdo üzrə Amerika çempionu olub (FOTO)
Azərbaycanda iqtisadiyyatın kreditləşməsi artıb - Dünya Bankı
Avtomobildə qadına fiziki zorakılıq edən şəxsin kimliyi məlum olub
Xaçmaz RİH başçısı Aşağıoba və Aslanoba kəndlərində şəhidlərin məzarını ziyarət edib (FOTO)
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirir (VİDEO)
Səttar Möhbalıyev: “Xarıbülbül” festivalı milli-mənəvi dəyərlərimizin bərpası istiqamətində atılmış ən mühüm addımlardan biri oldu
Manatın məzənnəsi sabit qalır - Dünya Bankı
İranda kiçik təyyarələrin uçuşları dayandırılıb
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib (FOTO)
Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb
Türkiyədə ticarət mərkəzləri açılır
Narkomanlıqla bağlı 2 mindən çox cinayət faktı aşkarlanıb
Qarabağda enerji infrastrukturunun formalaşdırılması əsas vəzifə kimi müəyyənləşdirilib
Mayın 17-də manatın dollara qarşı məzənnəsi
Raket və artilleriya bölmələri təyin edilmiş marşrutlarla hərəkət edir (VİDEO)
300-ə yaxın jurnalist peyvənd olunub (FOTO)
Ermənistanın sabiq prezidenti müharibədəki məğlubiyyətin səbəblərini açıqladı
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı müəyyənləşib
Azərbaycanda bu il istehsal olunan ÜDM-in həcmi açıqlanıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 472 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib
Biz həmişə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Udi xalqına olan diqqətini hiss edirik - Alban-Udi Xristian icmasının sədri
Məşhur şirkətin satış təmsilçisinə mənimsəməyə görə cinayət işi açıldı
2867 şəhidin ailə üzvlərinə sosial ödəniş təyinatı aparılıb
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb (FOTO)
Bu il Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi 76 milyon barelə çatır
Apreldə 6 minə yaxın qaz abonenti qeydiyyata alınıb
"SOCAR Energy Ukraine" premium yanacağın satışını dayandırıb
Daha 7 marşrut üzrə avtobuslar kart sisteminə keçəcək (SİYAHI)
Yayda ağaclara necə qulluq etmək lazımdır?
İlahiyyat İnstitutunda “Azərbaycanda İslam mədəniyyətinin təşəkkül tarixi” mövzusunda vebinar keçirilib (FOTO)
Sumqayıtda koronavirusa qarşı vaksinasiya davam edir (FOTO)
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayır
Dövlət qulluğunda rəhbər vəzifələr üzrə imtahan keçirilib
Azərbaycanda bankların informasiya təhlükəsizliyi gücləndirilir
Türkiyə fələstinli dinc sakinlərin müdafiəsi üçün beynəlxalq qüvvələrin yaradılmasını təklif edir - Mövlud Çavuşoğlu
Qarabağın müasir standartlara uyğun bərpa edilməsi Azərbaycanın gücünün nümayişidir - Könül Nurullayeva
Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb (FOTO)
Milli Məclisin nümayəndə heyəti İtaliyaya səfərə gedir
Rusiya aviaşirkəti Bakıya uçuş marşrutlarını artırır
9 ictimai-iaşə obyekti karantin qaydalarını kobud şəkildə pozub - SİYAHI
İranda daha 11 min nəfər koronavirusa yoluxub, 303 nəfər ölüb
Qeyri-iş günlərində paytaxtda 42 min kv.m sahədə təmir işləri aparılıb
Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır (VİDEO)
"Fitch Ratings" Azərbaycanın xarici dövlət borcu ilə bağlı proqnozlarını açıqlayıb
Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edir
Bakı Ali Neft Məktəbi “Xanımlar mühəndislikdə: çağırışlar və imkanlar” mövzusunda vebinar təşkil etdi (FOTO)
Türkiyədə vaksinasiya olunmuş 65 yaşdan yuxarı şəxslər üçün karantin yumşaldılır
Sabah 35 dərəcə isti olacaq
Sərhəddə yaşanan gərginliyin səbəbi Ermənistanın işğalçılıq siyasətidir - Politoloq
Bayram günlərində milli parkları 7 minə yaxın turist ziyarət edib (FOTO)
İsrailin müdafiə naziri regiondakı vəziyyəti ABŞ rəsmisi ilə müzakirə edib
DSMF-nin sabiq şöbə müdirinin işi məhkəməyə göndərildi
Azərbaycanda çəltik sığortasının məbləği açıqlandı
Daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edildi (FOTO)
IBA Tech Akademiyasında daha 50 peşəkar yetişdiriləcək!
Ötən 4 ayda əhaliyə keçən ilin eyni dövrünə nisbətən 6 faiz çox vəsait ödənilib
Nə zaman açıq havada maskasız gəzə bilərik? - Komitə sədrindən AÇIQLAMA
“AccessBank”da yeni təyinat: Ramin Hüseynov “AccessBank”a Maliyyə üzrə Baş Direktor təyin olunub
İranın super-kompüteri işə başlayıb
Bakıda cibgirlik edən bacıların görüntüləri yayıldı (FOTO/VİDEO)
Ağcabədidə narkotacir 3 kiloqramdan artıq marixuana ilə tutuldu (FOTO)
Goranboyda evdən 5 min manata yaxın oğurluq edən dəstə saxlanıldı (FOTO/VİDEO)
Ötən gün ölkədə 43 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Bakıda dönərxananın fəaliyyəti dayandırılıb
Bulvarda hasarlanmış ərazidə Müslüm Maqomayevin heykəli qoyulacaq - ÖZƏL (FOTO)
Sərhədçilərimizi öldürən sərhəd pozucusu saxlanıldı
Bakı-Qazax yolunda orta yaşlı kişini maşın vurub öldürdü - FOTO
BP-dən UNEC-ə töhfə: beynəlxalq miqyasda tanınan dərsliklər (FOTO)
Vüqar Səfərlinin həbs müddəti 3 ay uzadıldı
Xocavənddə silah-sursat aşkarlandı
"Fitch Ratings" Azərbaycanda inflyasiya ilə bağlı proqnozları açıqlayıb
Azərbaycanda qızıl bahalaşıb
DİM növbəti imtahan keçirdi, nəticələr 6 gün sonra açıqlanacaq
Qazaxıstanda koronavirusa daha 2 459 nəfər yoluxub
Azərbaycan Ordusunda təlimlər başlayıb
Yaponiya sahillərində 6.1 bal gücündə zəlzələ olub
Mayın 16-da xarici valyutaların manata qarşı məzənnələri
BƏƏ-yə xarici investisiyalar 2020-ci ildə 44% artıb
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır - Leyla Abdullayeva
Nyu-Yorkda atışma baş verib
Argentinada koronavirusdan ölənlərin sayı 70 mini ötüb
"Lester" ilk dəfə İngiltərə Kubokunun qalibi oldu
Bütün xəbərlər