...

İslam ölkələrində gənc yazıçı və rejissorlar üçün müsabiqə (FOTO)

Siyasət Materials 20 Oktyabr 2017 10:54 (UTC +04:00)

Bakı. Trend:

İslam ölkələrində gənc yazıçı və rejissorlar üçün müsabiqə keçirilir.

Bu barədə Trend-ə İƏT-in Gənclər Forumundan məlumat verilib.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü və koordinasiyası ilə 2015-ci ildən etibarən “İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramı həyata keçirilir. Proqamın əsas məqsədi İƏT arealında yaşayan gənclər hərəkatları, təşkilatları arasında əməkdaşlığı gücləndirmək, gənclərin şəxsi inkişafına yönəlmiş layihələrə dəstək, işsizliyin aradan qaldırılması, İƏT ölkələrinin bir biri arasında daha çox tanıtdırılması, mədəni və maarifləndirici tədbirlərin həyata keçirilməsidir.

Proqram çərçivəsində 2016-cı ildə İstanbul, 2017-ci ildə isə Malayziyanın Putracaya, Mərakeşin Fəs və İranın Şiraz şəhərləri İslam dünyası gənclər paytaxtı elan olunub, sözügedən şəhərlərdə beynəlxalq səviyyədə müxtəlif mədəni və elmi tədbirlər həyata keçirilib.

Bu il Şirazın Gənclər Paytaxtı elan edilməsi ilə bağlı həmin şəhərdə bir sıra mədəni tədbirlərin keçirilməsi planlaşdırılır. Belə ki, gənc nasirlər üçün “Qısa hekayə”, eləcə də gənc rejissorlar üçün “Qısa Film” müsabiqələri bu tədbirlər sırasındadır.

Müsabiqələrin şərtləri ilə tanış olmaq və iştirak etmək üçün aşağıdakı linklərə daxil olmaq olar.

“Qısa hekayə” http://www.icyf-dc.org/call-application-fine-arts-festival-1st-short-story-contest-shiraz-oic-youth-capital-2017/

“Film müsabiqəsi” http://www.icyf-dc.org/call-for-application-y-shiraz-2nd-oic-youth-capital-film-awards-shiraz-oic-youth-capital-2017/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti