...

XİN: CNN-in aparıcısı Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilib

Siyasət Materials 26 Oktyabr 2017 11:18 (UTC +04:00)
CNN telekanalında veriliş aparan Entoni Burden Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) arzuolunmaz şəxslər siyahısına daxil edilib.
XİN: CNN-in aparıcısı Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilib

Bakı. Trend:

CNN telekanalında veriliş aparan Entoni Burden Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) arzuolunmaz şəxslər siyahısına daxil edilib.

XİN-dən Trend-ə verilən məlumata görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ-ın “Buzzfeed news” media orqanına müsahibəsində deyib.

H.Hacıyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, eləcə də qanunlarını pozduğu üçün E.Burdenin adının arzuolunmaz şəxslər siyahısına daxil edildiyini bildirib.

O əlavə edib: “Biz təəssüf edirik ki, Antoni Bourdayn Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına bəraət qazandırılması və bu işğalın pərdələnməsində propaqanda alətinə çevrilib. İşğal altında olan ərazilərdən mətbəx mövzusunda şou proqram hazırlamaq, zorla öz torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə qarşı hörmətsizlikdir”.

Həmçinin, H.Hacıyevin Twitter profilində qoyduğu statusa istinadən müsahibədə yazılıb: “Etnik təmizləməyə məruz qalmış ərazilərdən şou proqram hazırlamaq utancverici və qeyri-mənəvi hərəkətdir. Bu, dayandırılmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti