...

Prezident İlham Əliyev: Azərbaycanla Türkmənistanı dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir

Siyasət Materials 26 Oktyabr 2017 18:04 (UTC +04:00)
Azərbaycan ilə Türkmənistanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir.
Prezident İlham Əliyev: Azərbaycanla Türkmənistanı dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli Qurbanqulu Məlikquliyeviç, Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Türkmənistanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Əminəm ki, belə möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti