...

Alman deputat: Azərbaycan inkişaf edən Avropa ölkəsidir (FOTO)

Siyasət Materials 26 Oktyabr 2017 19:51 (UTC +04:00)
Səfir Ramin Həsənov Berlin landtaqının deputatı Andreas Ştatskovskinin seçki dairəsində yerləşən ofisində keçirilmiş tədbirin qonağı olub.
Alman deputat: Azərbaycan inkişaf edən Avropa ölkəsidir (FOTO)

Bakı. Trend:

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Berlin landtaqının deputatı Andreas Ştatskovskinin seçki dairəsində yerləşən ofisində (“Bürgerbüro von Andreas Statzkowski”) keçirilmiş tədbirin qonağı olub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbiri açan A.Ştatskovski iştirakçıları salamlayıb. Alman millət vəkili çıxışında Azərbaycanı inkişaf edən Avropa ölkəsi adlandırıb.

Daha sonra tədbirdə SOCAR-ın 2014-cü ildə hazırladığı ölkəmizə dair qısametrajlı imic filmi nümayiş etdirilib.

Ardınca səfir R.Həsənov Azərbaycanın xarici və təhlükəsizlik siyasəti, eləcə də onun Almaniya və Avropa İttifaqı ilə əməkdaşlığına dair mühazirə ilə çıxış edib.

Səfir Cənub Qaz Dəhlizinin regional inkişafa və əməkdaşlığa verdiyi töhfəni, eləcə də Avropanın enerji təchizatının diversifikasiyası və enerji təhlükəsizliyinin təminatında oynayacağı rolu qeyd edib.

Azərbaycanın bütün qonşuları ilə konstruktiv əməkdaşlıq etdiyini qeyd edən səfir yalnız onun ərazisinə hərbi təcavüz etmiş və torpaqlarını beynəlxalq hüquqa zidd olaraq işğal altında saxlayan Ermənistanla münasibətlərin gərgin olduğunu bildirib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının qonşu Ermənistan tərəfindən işğal edildiyini, münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində indiyədək heç bir irəliləyişin olmadığını diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti