Bakı. Əli Mustafayev - Trend:
Fransız-Azərbaycan Universitetinin məqsədi yeni ixtisaslaşmış kadrların hazırlanmasıdır.
Trend-in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Orelia Buşez Fransız-Azərbaycan Universitetinin tələbələrinə tələbə biletlərinin verilməsi mərasiminə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, universitet iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın başlanmasını ifadə edir.
Tələbə biletlərinin təqdim olunması mərasimində iştirak edən səfir bu mərasimin ilk dəfə universitetin yeni binasında baş tutduğunu qeyd edib.
O.Buşez Fransa-Azərbaycan Universitetinin açılmasında və fəaliyyət göstərməsində Strasburq Universtitetinin xidmətlərini xüsusi qeyd edib.