...

Ərdoğan: Azərbaycan terrorçuların Suriyaya keçməsinin qarşısını almaq baxımından mühüm ölkədir

Siyasət Materials 30 Oktyabr 2017 12:45 (UTC +04:00)
Azərbaycan terrorçuların Suriyaya keçməsinin qarşısını almaq baxımından mühüm ölkədir.
Ərdoğan: Azərbaycan terrorçuların Suriyaya keçməsinin qarşısını almaq baxımından mühüm ölkədir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycan terrorçuların Suriyaya keçməsinin qarşısını almaq baxımından mühüm ölkədir.

Bunu TREND, AZƏRTAC və APA-ya müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan bildirib ki, İŞİD, PKK, PYD, YPG, DHKP-C və MLKP terror təşkilatlarından birinin digərindən fərqi yoxdur: "Onların məqsədi birdir, o da Türkiyəni zəiflətməkdir. Keçən il FETÖ tərəfindən 250 vətəndaşımızın ölümünə, 2193 vətəndaşımızın isə yaralanmasına səbəb olan, tariximizin ən xain çevriliş cəhdini də millət olaraq terror və terror təşkilatları qarşısında bir bədən, bir can olmağımız sayəsində uğursuzluğa düçar etdik. Əziz qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına da bu xain təşkilat qarşısında nümayiş etdirdikləri həmrəyliyə görə xüsusilə təşəkkür etmək istəyirəm. Azərbaycan xalqının 15 iyul gecəsində bizimlə eyni mövqedən çıxış edərək Türkiyədən daxil olan xəbərləri izlədiyini, xain çevrilişin uğursuz olmasını səmimi qəlbdən dilədiyini bilirəm. Bu da Türkiyə-Azərbaycan qardaşlığının nə qədər güclü olduğunu göstərir".

Dövlət başçısı qeyd edib ki, FETÖ olduğu bütün ölkələr üçün təhlükə mənbəyidir: "Buna görə də Azərbaycanın FETÖ strukturlarına qarşı gördüyü tədbirlərdən razı qaldığımızı bildiririk".

Prezident əlavə edib ki, Türkiyə bütün sahələrdə olduğu kimi, terrorizmə qarşı mübarizə sahəsində də Azərbaycanla yaxın əməkdaşlıq edir: "Səlahiyyətli orqanlarımız arasında kəşfiyyat və məlumat mübadiləsi, eyni zamanda, əməliyyat sahəsində əməkdaşlığımız artan sürətlə davam edir. Azərbaycan xarici terrorçuların Suriyaya keçməsinin qarşısını almaq sahəsində mühüm ölkədir və bu istiqamətdə faydalı işlər görür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti