...

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü keçirilib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 31 Oktyabr 2017 13:56 (UTC +04:00)
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü keçirilib.
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü keçirilib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Oktyabrın 31-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının əlaqələrimizin perspektivlərinin müəyyənləşdirilməsi və ikitərəfli münasibətlərimizin daha da dərinləşdirilməsi baxımından önəmi vurğulandı. Qlobal layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti