...

"Washington Post" Metsamoru "həyatla ölüm arasında yaşayan şəhər" adlandırıb (FOTO)

Siyasət Materials 2 Noyabr 2017 11:59 (UTC +04:00)
ABŞ-ın məşhur “Washington Post” qəzeti Ermənistanın "Metsamor" Atom Elektrik Stansiyasının (AES) işçilərinin gündəlik həyatı barədə fotogörüntülər dərc edib.
"Washington Post" Metsamoru "həyatla ölüm arasında yaşayan şəhər" adlandırıb (FOTO)

Bakı. Trend:

ABŞ-ın məşhur “Washington Post” qəzeti Ermənistanın "Metsamor" Atom Elektrik Stansiyasının (AES) işçilərinin gündəlik həyatı barədə fotogörüntülər dərc edib.

Trend-in məlumatına görə, qəzetin internet portalında AES-in eyniadlı şəhərin yaxınlığında yerləşməsi və sakinlərin burada işləməsi barədə reportaj yer alıb.

Qeyd olunur ki, şəhərin 10 min sakinindən min nəfəri AES-də işləyir: “Bu stansiya azı iki səbəbdən narahatlıq mənbəyidir: stansiya saxlama konteynerləi olmadan tikilib və seysmik zonada yerləşir. Faktiki olaraq, AES dağıdıcı zəlzələdən sonra 1989-cu ildə fəaliyyətini dayandırmışdı. 2011-ci ildə “National Geographic” hesab edirdi ki, bu, dünyanın ən təhlükəli atom elektrik stansiyasıdır”.

Bütün bu risklərə baxmayaraq, AES hələ də açıqdır və insanlar hələ də işçilər üçün yaradılmış şəhərdə yaşayır.

Reportajda qeyd olunur ki, şəhər "şübhə və qorxu, yoxsulluq və sağ qalma, həyat və ölüm arasında" qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti