Bakı. Ləman Zeynalova - Trend:
Rusiya Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasından məmnun olardı.
Trend-in məlumatına görə, bunu Bakıda ADA universitetində çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı açıq inteqrasiya ittifaqıdır və buraya yeni ölkələrin qoşulması məmnunluq doğurur.
S.Lavrovun sözlərinə görə, hazırda bu təşkilata Tacikistanın qoşulması imkanı nəzərdən keçirilir.