Bakı. Ləman Zeynalova - Trend:
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlərdə "Şərq tərəfdaşlığı"nın Riqada keçirilmiş son sammitindən sonra əhəmiyyətli irəliləyiş əldə edilib.
Trend-in məlumatına görə, bunu noyabrın 24-də Brüsseldə keçiriləcək "Şərq tərəfdaşlığı" sammitinə həsr olunan videokonfrans zamanı Aİ-nin nümayəndəsi deyib.
O qeyd edib ki, Aİ Azərbaycanla yeni hərtərəfli sazişin imzalanması ilə bağlı danışıqları davam etdirir: "Yaxın zamanlarda aviasiya sazişinin də imzalanması gözlənilir".
O həmçinin vurğulayıb ki, Azərbaycan Aİ-nin vacib enerji tərəfdaşı və enerji tədarükçüsüdür.