...

Deputat: NATO-nun Azərbaycana münasibəti tərəfdaşlıq və əməkdaşlıqda özünü göstərir

Siyasət Materials 24 Noyabr 2017 07:48 (UTC +04:00)
NATO Azərbaycana qarşı münasibətdə həmişə səmimiyyətini göstərir.
Deputat: NATO-nun Azərbaycana münasibəti tərəfdaşlıq və əməkdaşlıqda özünü göstərir

Bakı. Samir Əli - Trend:

NATO ilə Azərbaycan arasında səmimi münasibətlər mövcuddur.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Fərəc Quliyev deyib.

Millət vəkili bildirib ki, bu münasibət tərəfdaşlıq və əməkdaşlıqda özünü göstərir: "Azərbaycanın NATO tərkibində Əfqanıstanda fəaliyyət göstərməsi, Qərb dəyərlərinə üstünlük verməsi NATO-da Azərbaycan haqqında oturuşmuş bir imic formalaşdırıb. Və hesab edirlər ki, Azərbaycanla münasibətlər çox yüksək səviyyədə qalmalıdır".

F.Quliyevin sözlərinə görə, bəzi Qərb ölkələri Azərbaycan - NATO, Azərbaycan - ABŞ, Azərbaycan - Aİ münasibətlərini pozmaq istəyirlər: "Amma göründüyü kimi, hər iki tərəf sayıqdır, səmimi münasibətlər qorunur, Azərbaycana böyük etimad göstərilir. Prezident İlham Əliyevin NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirakı dövlət başçısının nüfuzundan irəli gəlir".

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti