...

Deputat: NATO toplantısında iştirak Azərbaycanın nüfuzunun artdığını göstərir

Siyasət Materials 24 Noyabr 2017 12:41 (UTC +04:00)
Prezident İlham Əliyevin Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak etməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını göstərir.
Deputat: NATO toplantısında iştirak Azərbaycanın nüfuzunun artdığını göstərir

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyevin Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak etməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını göstərir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, heç də təsadüfi deyildi ki, bir neçə il öncə Azərbaycan BMT Təhlükəsizlik Şurasının iki illiyə qeyri-daimi üzvü seçildi: “BMT-yə üzv olan əksər dövlətlərin səsverməsi nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının iki illiyə qeyri-daimi üzvü seçildi. Bunun özü Azərbaycanın çox böyük siyasi nüfuzu, diplomatik qələbəsi idi. Bununla yanaşı, NATO Baş katibinin Prezident İlham Əliyevi Brüsselə dəvət etməsi o deməkdir ki, Azərbaycan dünyada böyük nüfuza malikdir, regionda söz sahibidir, regiondakı proseslərə təsir etmək imkanları var, digər tərəfdən Azərbaycan sülh siyasəti yeridir”.

Deputat vurğulayıb ki, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi keyfiyyətlərinin də mühüm rolu var: “Cənab Prezidentin şəxsi keyfiyyətlərini, siyasi iradəsini, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu və digər amilləri üst-üstə gəldikdə, bu gün dövlətimiz dünya, NATO üçün etibarlı tərəfdaş dövlət sayılır”.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti