...

Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair Dövlət Proqramı təsdiq edildi

Siyasət Materials 27 Noyabr 2017 18:29
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair Dövlət Proqramı təsdiq edildi

Trend-i buradan izləyin

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və kənd əhalisinin məşğulluğunun təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin.

Bu sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədilə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinə hər il müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görmələri tapşırılıb.

Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və Proqramın icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verəcək.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti