...

Məhəmməd Əşrəf Qani: Azərbaycan və Əfqanıstan arasında yaxşı gələcəyi olan əlaqələr qurulub

Siyasət Materials 1 Dekabr 2017 16:51 (UTC +04:00)
Azərbaycan və Əfqanıstan arasında yaxşı gələcəyi olan əlaqələr qurulub.
Məhəmməd Əşrəf Qani: Azərbaycan və Əfqanıstan arasında yaxşı gələcəyi olan əlaqələr qurulub

Bakı. Trend:

Azərbaycan və Əfqanıstan arasında yaxşı gələcəyi olan əlaqələr qurulub.

Trend-in məlumatına görə, bunu Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşdə deyib.

M.Ə.Qani bildirib: “Bismillahir-rəhmanir-rəhim. Cənab Prezident, Bakıya gəlməyimiz məmnunluğa çevrilib. Buraya səfərimi, eləcə də mümkün olan təqdirdə hər bir beynəlxalq tədbirdə Sizinlə görüşməyi səmimiyyətlə arzulayırdım.

Əvvəlcə, böyük nailiyyətlərlə bağlı Sizi bir daha təbrik etmək istərdim. İcazə verin, illər boyu verdiyiniz dəstəyə görə Əfqanıstan xalqı adından Sizə bir daha minnətdarlığımı bildirim. NATO qüvvələrinin marşrutu, demək olar ki, kəsildiyi zaman, Siz öz hava dəhlizinizi açdınız”.

Prezident əlavə edib: “Bakının gözəlləşdirilməsinə, onun yüklərin sürətli çatdırılma mərkəzinə çevrilməsinə böyük həcmdə resurslar ayırdınız. İndi isə artıq Lapis-Lazuli sazişi imzalanıb.

Fikrimcə, aramızda səmimi şəxsi münasibətlər, o cümlədən ölkələrimiz arasında yaxşı gələcəyi olan əlaqələr qurulub. İcazə verin, öz mülahizələrimi bildirim. Sonra isə, göstərişlərimiz əsasında həmkarlarımız işləyə bilərlər. Əvvəlcə, Sizin təcrübənizdən öyrənməyi çox arzulayırıq. Rabitə Nazirliyimiz hazırda “ASAN xidmət”i ölkəmizdə həyata keçirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti