...

Lavrov Xəzərin statusu ilə bağlı danışıqlar barədə

Siyasət Materials 5 Dekabr 2017 12:15 (UTC +04:00)
Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqlar region ölkələrinin dövlət başçılarının növbəti sammitinədək başa çata bilər.
Lavrov Xəzərin statusu ilə bağlı danışıqlar barədə

Bakı. Trend:

Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqlar region ölkələrinin dövlət başçılarının növbəti sammitinədək başa çata bilər.

Trend-in məlumatına görə, bunu Moskvada Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin iclası zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, iclas zamanı Xəzərin statusu ilə bağlı konvensiyanın hazırlanması üzrə ekspertlərin işinə nəzər salınacaq.

S.Lavrov vurğulayıb ki, tərəflər regionda təhlükəsizliyin təmin olunmasında qarşılıqlı fəaliyyətə diqqət ayıracaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti