...

Prezident İlham Əliyev: Azərbaycan və Bolqarıstan arasında çox sıx və dostluq münasibətləri qurulub

Siyasət Materials 15 Yanvar 2018 18:18 (UTC +04:00)
"Azərbaycan və Bolqarıstan arasında çox sıx, dostluq münasibətləri qurulub və bu münasibətlər bizim səylərimizlə möhkəmlənir".
Prezident İlham Əliyev: Azərbaycan və Bolqarıstan arasında çox sıx və dostluq münasibətləri qurulub

Bakı. Trend:

"Azərbaycan və Bolqarıstan arasında çox sıx, dostluq münasibətləri qurulub və bu münasibətlər bizim səylərimizlə möhkəmlənir".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Bolqarıstanın Baş naziri Boyko Borisovla geniş tərkibdə görüşü zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: “Biz bu gün siyasət və enerji sahələrində bir çox mühüm ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etdik. Mən cənab Baş naziri Bolqarıstanın Avropa İttifaqındakı sədrliyi münasibətilə təbrik etdim. Bu, ölkənizin böyük uğurudur, böyük məsuliyyətdir. Əminəm ki, siz bu mühüm vəzifənin öhdəsindən layiqincə gələcəksiniz”.

Azərbaycan Prezidenti bildirib ki, bu gün nümayəndə heyətlərinin iştirakı ilə siyasi, iqtisadi və enerji sahələrində mühüm məsələlər müzakirə ediləcək:

"Bizi bir çox şeylər birləşdirir, bizi birləşdirən əsas dəyərlər isə xalqlarımız və ölkələrimizin rəhbərlikləri arasında dostluq münasibətləridir. Çox şadam ki, 2018-ci il bizim dostumuzun səfəri ilə başlayır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti