...

Bu gün deputatlar ilk iclasa toplaşır

Siyasət Materials 1 Fevral 2018 07:55 (UTC +04:00)
Bu gün Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək.
Bu gün deputatlar ilk iclasa toplaşır

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasda Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə əlavə və dəyişikliklər, o cümlədən “Sosial sığorta haqqında” qanuna, “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna və digər qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək.

İclasda, həmçinin yeni hazırlanmış “Peşə təhsili haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq. Ümumilikdə iclasın gündəliyinə 15 məsələ daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti