...

Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi qeyd olunacaq

Siyasət Materials 2 Fevral 2018 18:29 (UTC +04:00)
Prezident İlham Əliyev Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi haqqında sərəncam imzalayıb.
Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi qeyd olunacaq

Bakı. Trend:

Prezident İlham Əliyev Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi haqqında sərəncam imzalayıb.

2018-ci ilin mart ayında Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi tamam olur.

Mingəçevir Dövlət Dram Teatrı mədəniyyət ocağı kimi yarandığı vaxtdan etibarən repertuarında Azərbaycan və eləcə də dünya dramaturgiyasının diqqətəlayiq nümunələrinə geniş yer verib, öz səhnəsində müvəffəqiyyətlə nümayiş etdirilən və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan əsərlər ilə ölkədə teatr ənənələrinin daha da zənginləşdirilməsi işində yaxından iştirak edib, milli mədəniyyətin ümumi tərəqqisi naminə xidmətlər göstərib.

Sərəncamda qeyd olunur ki, milli teatr sənətinin inkişafında özünəməxsus mövqeyə malik Mingəçevir Dövlət Dram Teatrının 50-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti