Prezident İlham Əliyev beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)

Prezident İlham Əliyev beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında iştirak edən beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətinin bir qrupunu qəbul edib.

Qonaqları ölkəmizdə salamlayan və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında iştirak etdiklərinə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev vurğuladı ki, bu, beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqları ilə Azərbaycan həmkarlar ittifaqları arasında sıx qarşılıqlı fəaliyyəti, həmrəyliyi göstərir. Qurultay həmişə müəyyən işin nəticəsidir, görülən və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparmaq imkanıdır. Dövlətimizin başçısı bu sahədə qarşıda duran məsələlərin hamı üçün eyni olduğunu bildirərək əminliyini ifadə etdi ki, qurultayda müzakirə ediləcək məsələlər və qəbul olunacaq qərarlar ölkəmizin uğurlu inkişafına öz töhfəsini verəcək.

Prezident İlham Əliyev dedi: “Hər bir cəmiyyətdə, əlbəttə, o cümlədən Azərbaycanda da həmkarlar ittifaqının rolu artır. Biz vətəndaşlar üçün sosial cəhətdən müdafiə edilmiş əmək şəraiti yaratmağa çalışırıq. Bu, son 15 ildə 5 dəfədən çox artırılan əməkhaqqında və əmək şəraitində də özünü göstərir. Əlbəttə ki, daimi nəzarət və həllini tələb edən məsələlər də diqqət mərkəzindədir. Bu, ilk növbədə, məşğulluqla əlaqədardır”. Azərbaycanda son illərdə işsizliyin səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını, cəmi 5 faiz təşkil etdiyini vurğulayan dövlətimizin başçısı bunu böyük nailiyyət kimi qiymətləndirdi. Təxminən son 15 il ərzində əhalinin sayı 1 milyon yarım nəfər artıb, 1 milyon 400 min isə daimi iş yeri yaradılıb. Buna görə də belə müsbət demoqrafik dinamika əlbəttə ki, bizi həmişə işsizliyin daim aşağı səviyyədə olması üçün yeni iş yerlərinin yaradılması istiqamətində fəal işləməyə məcbur edir. Prezident İlham Əliyev vurğuladı ki, bu qədər iş yerinin yaradılması dövlətin əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Prezident İlham Əliyev dedi: “Elmi-texniki tərəqqini, avtomatlaşdırmanı, yeni texnologiyaların inkişafını nəzərə alaraq, indi qarşıda yenidən ixtisaslaşma vəzifəsi durur. Bu gün biz bunun üzərində işləyirik. Eləcə də düşünürəm ki, qeyri-leqal məşğulluqla bağlı məsələ ətrafında fikir mübadiləsi aparmaq faydalı olardı. Azərbaycanda işlə məşğul olanların hamısını qeydiyyata götürmək üçün həm inzibati, həm də sistem xarakterli tədbirlər görülür. Əlbəttə, bununla paralel olaraq əməyin ödənilməsinin ölçüləri barədə dəqiq nəzarət və hesabatlılıq da diqqət mərkəzindədir”.

Prezident İlham Əliyev bildirdi ki, yalnız həmkarlar ittifaqının qüvvəsi ilə bunları həll etmək mümkün deyil. Burada həm nəzarət, həm də fiskal, vergi, sosial müdafiə və əmək orqanları birgə işləməlidir. Dövlətimizin başçısı qurultayda aparılacaq fikir mübadiləsinin faydalı olacağına əminliyini bildirdi və qurultayın işinə uğurlar arzuladı.

Qonaqlar adından çıxış edən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Joao Felisio dedi: “Cənab Prezident, fürsətdən istifadə edərək, ilk növbədə, Azərbaycanda əldə olunan nailiyyətlər münasibətilə Sizi təbrik edirəm. Biz, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası olaraq ölkənizdə keçirilən bu tədbirdə iştirak etməkdən məmnunluq duyuruq”.

Sonra qonaq dünyada gedən mürəkkəb proseslər fonunda həmkarlar təşkilatlarının iş yerləri ilə bağlı fəaliyyətinin əhəmiyyətindən danışdı və bəzi ölkələrdə həmkarlar ittifaqlarının üzvlərinin sayının azalmasının narahatlıq doğurduğunu dedi. Eyni zamanda, zəhmətkeşlərin hüquqlarının müdafiə olunmasının həmişəki kimi Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında duran əsas vəzifələrdən biri olduğunu vurğuladı. Digər tərəfdən, dünya əhalisinin sayının artması da iş yerlərinin qorunması ilə bağlı qarşıya yeni çağırışlar qoyur. Dünyada varlı və kasıb təbəqələr arasında fərqin artması da narahatlıq doğuran amildir.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti dedi ki, digər mühüm problemlərdən biri də miqrant məsələsidir. Bu da öz həllini tələb edən problemdir. Qonaq xüsusilə qeyd etdi ki, dünyada baş verən münaqişələr də insanların, xüsusilə aztəminatlı təbəqələrin rifah halına çox mənfi təsir edir. Sonra qonaq dedi: “Mən Sizin gözəl şəhərinizdə olmağımdan çox şadam. Mən öz azərbaycanlı həmkarlarıma da Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinə verdiyi töhfəyə görə minnətdarlığımı bildirirəm. Bu gün ölkənizdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayı öz işinə başlayır. Ümidvaram ki, bu tədbirdə iştirakçılar həmkarlar təşkilatları qarşısında duran vəzifələrin həlli istiqamətində fikirlərini bölüşəcəklər”.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Rusiya Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Mixayıl Şmakov dedi: “Hörmətli İlham Heydər oğlu, Sizinlə növbəti dəfə görüşməkdən böyük məmnunluq hissi keçiririk. Bizim üçün Sizin öz çıxışınızda qeyd etdiyiniz, bizim hər gəlişimizdə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında iştirak edərkən müşahidə etdiyimiz irəliləyiş və tərəqqini vurğulamaq olduqca xoşdur. Həqiqətən işsizliyin 5 faiz təşkil etməsi böyük nailiyyətdir. Əlbəttə, hamımız istərdik ki, daha az olsun. Biz bu işlərə başlayanda hansı çətinliklərin olduğunu yaxşı xatırlayırıq”.

Mixayıl Şmakov Azərbaycanda ali dövlət orqanları ilə həmkarlar ittifaqı təşkilatları arasında mövcud olan səmərəli qarşılıqlı fəaliyyətin önəmini vurğulayaraq bunun ölkədə ictimai-siyasi sabitliyin təmin olunması işinə böyük töhfə verdiyini qeyd etdi və əldə olunan nailiyyətlərin bir çox ölkələrə nümunə olduğunu bildirdi. Bizim hamımızın qarşısında ümumi problemlərin dayandığını deyən qonaq bunlardan birinin də qeyri-formal və qanunsuz məşğulluq olduğunu vurğuladı. Qanunsuz məşğulluq bizə ziyan vurur və iqtisadiyyatı daha səmərəli inkişaf etdirməyə imkan vermir. Ona görə də həmin məsələdə biz eyni mövqedən çıxış edirik. Biz çalışmalıyıq ki, dövlətin qanunlarına riayət olunsun, əvvəla hər kəs sosial sistem tərəfindən müdafiə olunsun, digər tərəfdən isə hər kəs bu sosial sistemə öz töhfəsini versin ki, özü də müdafiə olunsun. Buna görə də sizin təcrübəniz bir nümunədir. Biz bundan sonra da hökumətinizlə və həmkarlar ittifaqınızla əməkdaşlığı davam etdirəcəyik.

Xoş sözlərə və Azərbaycanda görülən işlərə verilən qiymətə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev dedi ki, məqsədimiz vətəndaşların həyatını daha da yaxşılaşdırmaq, dövlətin daha güclü və uğurlu olması üçün çalışmaqdır. Buna görə də bizim iqtisadi sahədə apardığımız və indiyə qədər həyata keçirilən bütün islahatlar çox ciddi sosial siyasətlə tənzimlənir. Prezident İlham Əliyev bildirdi ki, bu islahatlar o vaxt səmərəli olur ki, ictimaiyyət onu dəstəkləyir. Buna görə də iş yerlərinin, işləyənlər üçün layiqli iş şəraitinin yaradılması hər zaman bizim siyasətimizin gündəliyində durur.

Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmizdə çox müsbət demoqrafik dinamika nəzərə alınmaqla yeni iş yerlərinin yaradılması istiqamətində səmərəli iş aparılır. Dövlətimizin başçısı dedi ki, Azərbaycanda son 15 ildə əhalinin sayı 1 milyon yarım artıb və bu artım meyili hələ də davam edir. Bu da öz növbəsində inkişaf etməkdə olan iqtisadiyyatın göstəricisidir. Son 15 il ərzində bizim iqtisadiyyatımız, ümumi daxili məhsul 3,2 dəfə artıb. Hazırda Davos Dünya İqtisadi Forumunun son qiymətləndirməsinə görə, Azərbaycan rəqabətqabiliyyətlilik cəhətdən dünyada 35-ci, inkişaf etməkdə olan ölkələr arasında isə, - orada 80-dək inkişaf etməkdə olan ölkə var, - 3-cü yerdədir. Bu, bizim ölkəmizin potensialını nümayiş etdirir.

Prezident İlham Əliyev bildirdi ki, biz əldə olunan nailiyyətlərlə kifayətlənə bilmərik. Çünki dünyada vəziyyət dəyişir. Qeyri-sabitlik, müharibələr, münaqişələr, qaçqınlar, miqrasiya - bunlar insanlar üçün və bütün bəşəriyyət üçün böyük bəlalardır. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan bu problemlə iyirmi ildən artıqdır - Ermənistan tərəfindən işğala və etnik təmizləməyə məruz qaldığı dövrdə üzləşib. Bu işğal nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqına və məcburi köçkünə çevrildi. Prezident İlham Əliyev dedi ki, bu kateqoriyadan olan insanlar arasında yoxsulluq, işsizlik səviyyəsi çox yüksək idi. Biz bunu xeyli azalda bildik. Onları layiqli işlə, mənzillərlə təmin etdik. 265 min nəfər dövlət hesabına mənzillə təmin olundu. Bu proses indi də davam edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev rəhbərlik etdiyi qurumun yaranmasının 25 illiyi münasibətilə medalın təsis olunduğunu bildirdi və bu qurumun İcraiyyə Komitəsinin qərarı ilə həmkarlar təşkilatlarının fəaliyyətinin inkişafına verdiyi dəstəyə görə ilk medalı Prezident İlham Əliyevə təqdim etdi.

“Türk-İş” Həmkarlar İttifaqları Konfederasiyasının baş direktoru Ergün Atalay da dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Bakıda keçiriləcək "JARA 2022" festivalının tarixləri açıqlandı
Bakıda keçiriləcək "JARA 2022" festivalının tarixləri açıqlandı
"Xarıbülbül" festivalını yenidən izləmək böyük xoşbəxtlikdir - 1990-cı ildə festivalın bədii rəhbəri olmuş Əli Usubov
"Xarıbülbül" festivalını yenidən izləmək böyük xoşbəxtlikdir - 1990-cı ildə festivalın bədii rəhbəri olmuş Əli Usubov
Şuşada, Cıdır düzündə "Bayatı Şiraz" (VİDEO)
Şuşada, Cıdır düzündə "Bayatı Şiraz" (VİDEO)
Loading Bars
Xəbər lenti
"Fitch Ratings" Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır
Azərbaycanda tütün məmulatları istehsalı artıb
“Qarabağ” - “Neftçi” oyununun vaxtı müəyyənləşib
“Xarıbülbül” musiqi festivalı tarixi zəfərin nidası idi - Deputat
İranda daha 200 nəfər koronavirusdan ölüb
Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Azərbaycan aviasiya vasitələri təlim-məşq uçuşlarına başlayıb (FOTO)
Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar (FOTO)
"Türk Hava Yolları" Gəncəyə uçuşları bərpa edib (FOTO)
Sabahdan ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir
Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub (FOTO/VİDEO)
Piyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
“Xarıbülbül” beynəlxalq musiqi festivalı Fransa mətbuatında (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışında iştirak ediblər (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar (FOTO)
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Qəbələdə yeni körpü və avtomobil yolunun bərpadan sonra istifadəyə verilməsi tədbirində iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ rayonuna səfərə gəliblər (FOTO/VİDEO)
“Xarıbülbül” musiqi festivalı: Şanlı Qələbəmizin musiqi paradı
Sabah 35 dərəcə isti olacaq
Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb
Gəncə sakinində “revolver” tipli tapança aşkarlanıb
İspaniyalı deputatların erməni təəssübkeşi qismində aksiya keçirmələri qəbuledilməzdir - Sevil Mikayılova
Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib (FOTO)
Azərbaycan neftinin qiyməti bahalaşıb
Bakıda keçiriləcək "JARA 2022" festivalının tarixləri açıqlandı
Qarabağda sülhməramlılara qarşı təxribat xarakterli hərəkətlər olmayıb - Rusiya Müdafiə Nazirliyi
Saatlıda parklanma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının bərpasını təcəssüm etdirir – Deputat
Qazax sakinində narkotik aşkarlanıb
AVRO-2020: Biletlər bu gündən satışdadır
Salyanda transformator yanıb
Çernoqoriya turistlərə sərhədlərini açır
Cənubi Koreya Azərbaycanda yeni layihələr icra edəcək
Zidan mövsümün sonunda "Real"dan ayrılacaq
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid, qazi ailələri və seçicilərlə görüşüb (FOTO)
Sakit okeanda zəlzələ baş verib
Çində yeddi nəfər qasırğanın qurbanı olub
Çinin kosmik aparatı uğurla Marsın səthinə enib
Qəzzada evin vurulması nəticəsində 8 fələstinli həlak olub
İraqda ağır yol qəzası, sərnişinlər avtobusda yanıb
Meksikada narkotacirlərin hücumu nəticəsiəndə iki əsgər ölüb
Rusiya bu ölkələrlə hava əlaqələrini bərpa edir
İnigltərə çempionatı: "Mançester Siti" "Nyukasl"a qalib gəldi
"WhatsApp" yeni qaydalarını qəbul etməyən istifadəçilərə məhdudiyyətlər tətbiq edir
Abşeronda restoranda yanğın baş verib
İraqın şimalında türk əsgəri şəhid olub
Azərbaycan Premyer Liqasında növbəti turun oyun cədvəli açıqlanıb
Qəzza və İordanın Qərb sahilində gün ərzində 26 fələstinli ölüb, 600 nəfərdən çox yaralanıb
Dünyada ötən sutka koronavirusa 717 mindən çox yoluxma qeydə alınıb - ÜST
Suriyadan İsrailə üç raket buraxılıb
"Amazon" ilin sonuna qədər İngiltərədə 10 min yeni iş yeri yaradacaq
Ukraynanın Səhiyyə naziri istefa etdi
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
DİN itkin düşən qadınla bağlı əhaliyə müraciət edib (FOTO)
Balakəndə evdə yanğın olub
Ukrayna iqtisadiyyat və infrastruktur nazirləri istefa ediblər
Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefon danışığı olub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Qarabağdan növbəti görüntülər paylaşıb (FOTO/VİDEO)
Füzulidə ev yanıb
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar bunlar olub
Bakıda restoranda qaz balonu partlayıb, 4 nəfər xəsarət alıb
"Xarıbülbül” festivalı ilə dünyaya bir sıra mesajlar vermiş olduq - Tural Gəncəliyev
Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb
Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi arasında telefon danışığı olub
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb​​​
Azərbaycanda 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ olub
Ceyhun Bayramovla Filip Riker arasında telefon danışığı olub
Aprel ayında 11 uşaq övladlığa verilib
Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır
Yasamalda gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır
Sərxoş sürücülər 2 nəfərin ölümünə səbəb olub
Zabrat şossesində yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb
"Avro-2020"nin rəsmi mahnısı müəyyənləşib
İranda daha 202 nəfər koronavirusdan ölüb
Makron öz sözləri ilə ATƏT Minsk qrupunun tabutuna son mismarı vurdu - Rusiyalı tarixçi
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib (FOTO)
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib (FOTO)
Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd olub (FOTO)
Sabah hava necə olacaq?
Şuşada 30 ildən sonra “Xarıbülbül” festivalının keçirilməsi dünyaya bir mesaj idi - Deputat
Hacıqabul sakinləri narkotikə görə saxlanıldı (FOTO)
Azərbaycan nefti ucuzlaşıb
Birjalarda neft qiymətləri necədir?
126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
Fransa prezidenti Makron öz erməni "sevgisindən" əl çəkmir - Deputat
“Nar”ın “Oxu saatı” layihəsinin növbəti qiraətçisi Zülfiyyə Xanbabayeva olacaq (FOTO)
İki rayonda qaz xətləri yenilənir (FOTO)
“Xarıbülbül” musiqi festivalının mədəni və siyasi əhəmiyyəti böyükdür - Deputat
Biləsuvarda standartlara cavab verməyən avtomobillərin sürücüləri məsuliyyətə cəlb olunub
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub (FOTO)
Tokio Olimpiadasının əleyhinə olan petisiya 350 mindən çox imza toplayıb
Bu gün Azərbaycan premyer liqasında 27-ci turun oyunları keçiriləcək
Qazaxda çayxana yanıb
Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisəsi: "Xarıbülbül" festivalı milli birlik və həmrəyliyin nümayişi oldu
Diametri 200 m-ə qədər olan asteroid Yer kürəsinə yaxınlaşacaq
Bütün xəbərlər