...

Deputat: Növbədənkənar prezident seçkiləri elan edilərkən ilk növbədə Konstitusiyanın tələbləri əsas götürülüb

Siyasət Materials 7 Fevral 2018 14:05 (UTC +04:00)
Ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərarın qəbul edilməsi dövlət başçısının müstəsna səlahiyyəti olub, Azərbaycan Respublikasının konstitusiyasına və müvafiq qanunvericilik aktlarına tamamilə uyğundur.
Deputat: Növbədənkənar prezident seçkiləri elan edilərkən ilk növbədə Konstitusiyanın tələbləri əsas götürülüb

Bakı. Elçin Mehdiyev – Trend:

Ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərarın qəbul edilməsi dövlət başçısının müstəsna səlahiyyətindədir və Azərbaycan Respublikasının Konstitusiyasına və müvafiq qanunvericilik aktlarına tamamilə uyğundur. Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, məlum olduğu kimi, ümumxalq referendumu yolu ilə əsas qanunumuza edilmiş əlavə və dəyişikliklərə əsasən prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılıb: “Seçkilərə bir neçə ay qalmış növbədənkənar seçkinin təyin edilməsi qanunlarımıza əsaslanır və tamamilə gözlənilən idi. Dünyanın qabaqcıl ölkələrində belə seçkilərin təyin edilməsi və keçirilməsinə dair onlarla misal gətirmək olar. Ona görə də ölkəmizdə belə bir qərarın qəbul edilməsində nəsə qeyri-adi bir şey axtarmaq və əsası olmayan şərhlər vermək yersizdir”.

Deputat vurğulayıb ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar verilərkən ilk növbədə ana qanunumuzun tələbləri əsas götürülüb:

“Digər tərəfdən, bu il ölkəmizdə bir çox ölkədaxili böyük tarixi əhəmiyyətli, beynəlxalq səviyyəli toplantılar keçiriləcək: Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi, xalqımıza qarşı erməni-daşnak dəstələrinin və Bakıdakı bolşevik hakimiyyətinin törətdiyi soyqımının 100 illiyi, ordumuzun qurulmasının 100 illiyi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və s. Bütün bunları, o cümlədən, prezident seçkilərini xalqımızın özünə layiq şəkildə keçirəcəyinə inanıram. Hesab edirəm ki, xalqımız tam azad, demokratik, şəffaf, ədalətli və bərabər seçkilərdə Prezident İlham Əliyevə yenidən etimad göstərəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti