...

MSK İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib

Siyasət Materials 14 Fevral 2018 16:06 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyini təsdiq olunması müzakirəyə çıxarılıb.
MSK İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq olunması müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, iclasda qeyd olunub ki, İlham Əliyevin prezidentliyə namizədliyinin təsdiq edilməsi üçün bütün əsaslar mövcuddur. Daha sonra məsələ səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, YAP-ın 2018-ci il fevralın 8-də VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti