Bakı. Ləman Zeynalova - Trend:
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya Bürosu rəhbərinin köməkçisi Brok Birman regional səfərləri çərçivəsində Azərbaycana da gələcək.
Trend-in məlumatına görə, B.Birmanın regiona səfərləri fevralın 25-dən martın 1-dək davam edəcək.
Bildirilir ki, səfəri zamanı o, USAID-in dəstəklədiyi proqramların nümayəndələri ilə və ölkənin rəsmi şəxsləri görüşlər keçirəcək.
Qeyd edək ki, B.Birman daha sonra Gürcüstana səfər edəcək.