...

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb (FOTO)

Siyasət Materials 24 Mart 2018 11:34 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.
Azərbaycanda prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.

Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, 5 347 803 ədəd seçki bülleteninin hazırlanması nəzərdə tutulub. Bu da ümumi seçicilərin sayından 3 faiz çoxdur:

"Seçki Məcəlləsinə uyğun olaraq bülletenlərin çap prosesi seçki gününə 10 gün qalmış, yəni aprelin 1-dək yekunlaşmalıdır. Seçki bülletenlərinin dərci bir həftə ərzində yekunlaşacaq. Seçki bülletenləri seçki dairələrinə səsvermə gününə 5 gün, seçki məntəqələrinə isə 3 gün qalmış çatdırılacaq".

Bülletenlər Milli Məclisin mətbəəsində çap edilir.

Qeyd edək ki, Azərbaycanda aprelin 11-də prezident seçkiləri keçiriləcək. Ölkədə 5 309 434 nəfər seçici var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti