...

Seçkilər zamanı yol verilən qanun pozuntuları ilə bağlı Baş Prokurorluqda İşçi qrupu yaradılıb

Siyasət Materials 29 Mart 2018 16:34 (UTC +04:00)
ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri Baş Prokurorluqda olub
Seçkilər zamanı yol verilən qanun pozuntuları ilə bağlı Baş Prokurorluqda İşçi qrupu yaradılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Baş prokuror Zakir Qaralov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Korin Yonkerlə görüşüb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, ölkəmizdə seçkilərin demokratik və şəffaf şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlərdən danışan Baş prokuror seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verərək, seçkilər zamanı yol verilən qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa daxil olan cinayət xarakterli məlumatların təxirəsalınmadan araşdırılmasının təmin edilməsi məqsədi ilə İşçi qrupunun yaradıldığını xüsusi qeyd edib.

K.Yonker səmimi qəbula görə minnətdarlığını ifadə edərək, seçki müşahidə missiyasının fəaliyyəti və məqsədləri barədə məlumat verib, müşahidə missiyasının seçkiboyu Baş Prokurorluğun İşçi qrupu ilə əməkdaşlığına önəm verəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti