...

Akif Aşırlı: Sosial şəbəkələrdə ölkəmizə qarşı çirkin kampaniya aparanların məqsədi cəmiyyətdə bölücülük yaratmaqdır

Siyasət Materials 30 Mart 2018 15:49 (UTC +04:00)
Sosial şəbəkələrə ölkəmizə qarşı çirkin kampaniya aparanların məqsədi cəmiyyətdə bölücülük yaratmaqdır.
Akif Aşırlı: Sosial şəbəkələrdə ölkəmizə qarşı çirkin kampaniya aparanların məqsədi cəmiyyətdə bölücülük yaratmaqdır

Bakı. Elçin Mehdiyev – Trend:

Sosial şəbəkələrə ölkəmizə qarşı çirkin kampaniya aparanların məqsədi cəmiyyətdə bölücülük yaratmaqdır.

Trend-in məlumatına görə, bunu “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "İnternet mediada milli-mənəvi dəyərlərin qorunması və neqativ hallara qarşı media həmrəyliyi" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı deyib.

A.Aşırlı xaricdə yaşayan bəzi azərbaycanlıların Azərbaycan dövləti və rəsmi şəxslər haqqında təhqiredici ifadələr səsləndirməsini ciddi şəkildə qınayıb:

"Sosial şəbəkələrə ölkəmizə qarşı çirkin kampaniya aparanların məqsədi cəmiyyətdə bölücülük yaratmaqdır. Hətta həmin insanlar xarici ölkələrdə başqa pasportlarla, başqa ad və soyadlarla fəaliyyət göstərirlər. Bəzi ziyalıların bu insanları dialoqa çağırmalarından sonra həmin ziyalılara qarşı da hücumların olması belə insanların ölkəmizə qarşı nə dərəcədə barışmaz mövqe tutduqlarını göstərir. Bu insanlar çirkin əməllərinə son qoymurlar və ona görə də biz o insanlara qarşı mübarizə aparmalıyıq”.

Baş redaktor təklif edib ki, bununla bağlı maarifləndirmə işi aparılsın, orta məktəbdə dərsliklərə internet media ilə bağlı materiallar salınsın:

“Digər bir təklifim isə odur ki, xaricdə yaşayan çox gözəl soydaşlarımız var, ölkə daxilində problemləri konstruktiv şəkildə qaldıran qüvvələr var. Təklif edirəm ki, bir vətəndaş birliyi platforması yaradılsın, Azərbaycanın maraqlarını müdafiə edən qüvvələri bir araya gətirilsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti