...

Lev Spivak: Azərbaycanda seçkiqabağı vəziyyət sabit və sakitdir

Siyasət Materials 3 Aprel 2018 19:03 (UTC +04:00)
Azərbaycanda insanlarla ünsiyyətdən hiss olunur ki, ölkədə sabitlik və sakitlik hökm sürür
Lev Spivak: Azərbaycanda seçkiqabağı vəziyyət sabit və sakitdir

Bakı. Fikrət Doluxanov - Trend:

Azərbaycanda insanlarla ünsiyyətdən hiss olunur ki, ölkədə sabitlik və sakitlik hökm sürür.

Bunu Trend-ə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİz) baş direktoru Lev Spivak deyib.

L.Spivakın sözlərinə görə, ölkədəki sabitlik əhalinin hakimiyyətə etimadını şərtləndirir:

“Martın əvvəlində biz Kiryat-Byalik şəhərinin nümayəndə heyəti ilə Azərbaycana səfər etmişdik. Biz İsmayıllı rayonunun bir neçə qəsəbəsinə və Şəkiyə yollandıq. İnsanlarla söhbətdən müsbət təəssüratlar əldə etdik. Sabitlik, sakitlik və hakimiyyətə tam etimad hiss olunur”.

Baş direktorun fikrincə, ölkə iqtisadiyyatı üçün nisbətən ağır dövr arxada qalıb:

“İnsanlar başa düşür ki, hakimiyyətin sabitliyi investisiya axınını təmin edir. Bu isə öz növbəsində, yeni iş yerlərinin yaradılmasına gətirib çıxarır və əhalinin rifahına xidmət edir”.

Azərbaycan-İsrail münasibətlərinə toxunan L.Spivak bildirib ki, iki ölkə arasında əməkdaşlıq gələcəkdə daha da güclənəcək:

“Ölkələrimiz hərbi sahədə, neft sektorunda fəal əməkdaşlıq edir. Son dövrlərdə bir çox birgə özəl müəssisələr yaradılır. İsrail elitası üçün bu münasibətlər vacib olduğuna görə “Azİz” Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçilər göndərəcək. Onların tərkibində İsrail Knessetinin deputatları da olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti