...

Şimali Koreya xarici işlər naziri: Qoşulmama Hərəkatının Bakı konfransı beynəlxalq sülhə və dayanıqlı inkişafa töhfə verəcək

Siyasət Materials 5 Aprel 2018 15:28 (UTC +04:00)
Beynəlxalq ədalət olmadan beynəlxalq sülh və sabitliyə, dayanıqlı inkişafa nail olmaq mümkünsüzdür.
Şimali Koreya xarici işlər naziri: Qoşulmama Hərəkatının Bakı konfransı beynəlxalq sülhə və dayanıqlı inkişafa töhfə verəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Beynəlxalq ədalət olmadan beynəlxalq sülh və sabitliyə, dayanıqlı inkişafa nail olmaq mümkünsüzdür.

Trend-in məlumatına görə, bunu bu gün Şimali Koreya xarici işlər naziri Li Yonq Ho Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.

Nazir qeyd edib ki, suverenlik, ərazi bütövlüyü, bərabərlik prinsipi və digər ölkələrin işlərinə qarışmamaqdan məqsədli şəkildə imtina edilir: “Kiçik ölkələrin müstəqilliyinin böyük ölkələr tərəfindən pozulması müxtəlif formalarda baş verir".

Şimali Koreya xarici işlər naziri bu tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib:

“Azərbaycan xarixi işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə keçirilən bu beynəlxalq konfransın səmərəli olacağına inanıram. Ədalətlə bağlı müxtəlif çağırışlar eşidirik. Bu gün dünyada böyük ölkələr kiçik ölkələri sıxışdırır. Hesab edirəm ki, bu konfrans beynəlxalq sülhə və dayanıqlı inkişafa töhfə verəcək".

Şimali Koreya xarici işlər naziri deyib ki, Suriya, Yəmən, Əfqanıstan kimi ölkələrdə, Yaxın Şərqdə münaqişələrdə beynəlxalq ədalət böyük güclər tərəfindən pozulur.

Li Yonq Ho bildirib ki, dünyanın bir çox yerlərində kiçik ölkələr böyük güclərin hərbi qarşıdurmalarının qurbanı olur: "Əgər beynəlxalq ədalət yoxdursa, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin heç bir dəyəri yoxdur və kiçik ölkələrin suverenliyi və mövcudluğuna heç zaman zəmanət verilə bilməz. Beynəlxalq ədalətin bərpa olunması üçün birgə səylər göstərilməlidir. Beynəlxalq aləmdə ikili standartlardan və ədalətsizlikdən imtina olunmalıdır. İqtisadi əməkdaşlıq, ətraf mühitin qorunması kimi mühüm beynəlxalq məsələlər ətrafında əməkdaşlığa can atılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti