Bakı. Trend:
MDB Dövlət başçıları Şurası bu il sentyabr ayının sonunda Düşənbədə keçiriləcək.
Trend-in məlumatına görə, bunu Minskdə MDB Xarici işlər nazirləri Şurasının yekununda MDB İcraiyyə Komitəsinin sədri, qurumun baş katibi Sergey Lebedev deyib.
S.Lebedev qeyd edib ki, bundan başqa, senytabrın 27-də MDB XİNŞ-in növbəti iclasının keçirilməsi qərara alınıb.