...

Azərbaycanda prezident seçkiləri ilə bağlı bu prosedurlar bu gün başa çatır

Siyasət Materials 8 Aprel 2018 07:54 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti bu gün başa çatır.

Trend-in məlumatına görə, Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlər səsvermə gününə azı 3 gün qalanadək məntəqə seçki komissiyalarına verilməlidir.

Seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi proseduru da bu gün başa çatır.

Qeyd edək ki, aprelin 11-də prezident seçkiləri keçiriləcək. Respublika üzrə 125 seçki dairəsi, 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti