...

Məzahir Pənahov: ATƏT DTHİB-nin prezident seçkilərinin müşahidəsi üzrə fəaliyyəti normal gedir

Siyasət Materials 9 Aprel 2018 14:52 (UTC +04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTHİB) Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə fəaliyyəti normal davam edir.
Məzahir Pənahov: ATƏT DTHİB-nin prezident seçkilərinin müşahidəsi üzrə fəaliyyəti normal gedir

Bakı. Trend:

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTHİB) Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə fəaliyyəti normal davam edir.

Trend-in məlumatına görə, Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov RİA Novosti-yə müsahibəsində deyib.

M.Pənahov qeyd edib ki, onların fəaliyyəti normal gedir, artıq aralıq hesabatla çıxış ediblər:

"Bizim razılaşmadığımız müəyyən məqamlar da var. Ondan başlayım ki, Azərbaycan yerində dayanmır, yəni inkişaf edir, dünyada tanınır. Bu reallıqdır, faktdır. Ölkəmiz haqqında müsbət fikirlər var. Problem isə hər yerdə mövcuddur. Düşünürəm ki, ölkə inkişaf etməklə münasibətlər, yanaşma da dəyişir. Azərbaycan, belə demək mümkünsə, demokratik ailənin bir hissəsidir. Konkret olaraq ATƏT-ə gəldikdə isə, bəli, yuxarıda deyilənlər bu təşkilata da aiddir. Bizim münasibətlərimiz, əlbəttə, 2000-ci illərin əvvəllərindəki kimi deyil. Biz hazırda fəal surətdə əməkdaşlıq edirik".

MSK sədri bildirib ki, müşahidə prosesinin özü çox həssas işdir:

"Bu işin məqsədi nöqsanları aşkar etmək və qeydə almaqdır. Məhz o zaman aydın olur ki, kim konstruktiv mövqeyə sahibdir, kim yox. Bəziləri üçün nöqsanlar seçki prosesinə aidiyyəti olmayan məsələləri reallaşdırmağa bir bəhanədir".

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti