...

Ramiz Mehdiyev: Xaricə gedərək Azərbaycana qara yaxıb hörmətdən salmağa çalışmaq yaxşı hal deyil

Siyasət Materials 11 Aprel 2018 17:59 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev xaricdən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasını pisləyib.
Ramiz Mehdiyev: Xaricə gedərək Azərbaycana qara yaxıb hörmətdən salmağa çalışmaq yaxşı hal deyil

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev xaricdən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasını pisləyib.

Trend-in məlumatına görə, R.Mehdiyev Bakının 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verərkən jurnalistlərə açıqlamasında bu halı çox pis qiymətləndirdiyini deyib:

"Hesab edirəm ki, normal adam bu yolla getməməlidir. Bir var daxildə müxalifət, bir də var xaricə gedərək Azərbaycana qara yaxıb hörmətdən salmağa çalışmaq. Bu, yaxşı hal deyil".

R.Mehdiyev qeyd edib ki, təəssüflər olsun ki, böyük cinayətlər törədərək xaricə qaçan bəziləri oradan Azərbaycanı pisləməyə başlayıblar:

"Hər halda bu, Azərbaycan xalqına xas olan bir xüsusiyyət deyil. Görünür ki, həmin insanların mədəniyyəti, tərbiyəsi olmadığına görə belə xoşagəlməz yollara əl atırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti