...

Bolqar parlamentari: Azərbaycandakı prezident seçkilərini demokratiyaya dair dərsliklərə salmaq olar (YENİLƏNİB)

Siyasət Materials 11 Aprel 2018 22:44 (UTC +04:00)
Azərbaycanda keçirilən prezident seçkilərini demokratiyaya dair dərsliklərə salmaq olar.
Bolqar parlamentari: Azərbaycandakı prezident seçkilərini demokratiyaya dair dərsliklərə salmaq olar (YENİLƏNİB)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanda keçirilən prezident seçkilərini demokratiyaya dair dərsliklərə salmaq olar.

Trend-in məlumatına görə, bunu prezident seçkilərinin yekunlarına həsr olunmuş mətbuat konfransında Bolqarıstan parlamentinin nümayəndə heyətinin üzvü Hamid Hamid deyib.

“Bu sadəcə seçkilər deyil, xalq üçün əsl bayram idi. Seçkilərin keçirilməsinə qəldikdə isə, bunu demokratiya üzrə kitablara daxil etmək olar. Bütün seçicilərə səs vermək üçün rahat şərait yaradılmışdır”, deyə Hamid bildirib.

Hamid əlavə edib: “Heç bir qayda pozuntusu qeydə almamışıq. Səsvermə sakit şəraitdə keçirdi, bu demokratik seçkilərin ən yüksək səviyyəsi idi. Azərbaycan xalqını bu seçkilər münasibəti ilə təbrik edirəm. Deyə bilərəm ki, Prezident öz xalqı ilə fəxr edə bilər”.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti