...

Deputat: Avstraliya prezident seçkilərinin keçirilməsində Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətindədir

Siyasət Materials 11 Aprel 2018 22:24 (UTC +04:00)
Avstraliya prezident seçkilərinin keçirilməsində Azərbaycanın peşəkar və mütərəqqi təcrübəsindən yararlanmaq niyyətindədir
Deputat: Avstraliya prezident seçkilərinin keçirilməsində Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətindədir

Bakı. Əli Mustafayev - Trend:

Avstraliya prezident seçkilərinin keçirilməsində Azərbaycanın peşəkar və mütərəqqi təcrübəsindən yararlanmaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu Avstraliya parlamentinin deputatı, Avstraliya-Azərbaycan dostluq qrupunun rəhbəri Kreyq Kelli deyib:

“Biz altı seçki məntəqəsində müşahidə apardıq və demokratik seçki prosesinin şahidi olduq. Mən bu gün bu sahədə Avstraliyanın təcrübəsini üstələmiş təşkilatçılığın şahidi oldum və mən öz həmkarlarımla dəyərli təcrübə aparacağıq”.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti