...

Çexiya nümayəndə heyəti: Azərbaycanda prezident seçkiləri demokratik şəraitdə baş tutub (YENİLƏNİB)

Siyasət Materials 12 Aprel 2018 09:23 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri demokratik şəraitdə baş tutub.
Çexiya nümayəndə heyəti: Azərbaycanda prezident seçkiləri demokratik şəraitdə baş tutub (YENİLƏNİB)

Bakı. İlkin İzzət Bağırov - Trend:

Azərbaycanda prezident seçkiləri demokratik şəraitdə baş tutub.

Trend-in məlumatına görə, bunu Çexiya Deputatlar Palatasının üzvü, Avropa İşləri üzrə komitənin sədr müavini Yirji Valenta prezident seçkilərinin yekunlarına dair bu gün təşkil olunan mətbuat konfransında bildirib.

Seçkiləri müşahidə edən Y.Valenta əlavə edib ki, səsvermə zamanı hər hansı qanun pozuntusu ilə rastlaşmayıblar.

Y.Valenta qeyd edib ki, o, həmkarı Yaroslav Holiklə birgə 14 məntəqədə olub və hər hansı qanun pozuntusu ilə rastlaşmayiblar.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti