Bakı. Trend:
Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının hesabatına dair bəyanat yayıb.
Trend-in məlumatına görə, bəyanatda bildirilir:
"2018-ci il fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsində əks etdirilən hüququndan istifadə edib Azərbaycan Respublikası Prezidenti seçkilərini elan etmişdir. Mərkəzi Seçki Komissiyası 2018-ci il 6 fevral tarixli Qərarı ilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti seçkilərini 2018-ci il aprelin 11-nə təyin etmişdir.
Seçkilərin hazırlanıb keçirilməsi qanunvericiliyin və beynəlxalq normaların tələblərinə uyğun və keyfiyyətlə aparılaraq 11 siyasi partiyanın və digər seçki subyektlərinin azad və müstəqil davranışı üçün hər cür imkanlar yaradılmışdır. Mövcud ədalətli mübarizə mühitindən və bərabər imkanlardan heç bir maneə olmadan istifadə edən qeydə alınmış namizədlərin hamısı seçki prosesindən tamamilə razı qaldıqlarını bəyan edərək böyük səs çoxluğu ilə seçilən namizədi təbrik etmişlər.
Vətəndaşların öz konstitusion hüquqlarından tam və maneəsiz istifadə etmələri üçün bütün zəruri addımlar vaxtında və keyfiyyətlə atılaraq, seçicilərin azad və sərbəst seçim imkanları tam təmin edilmişdir. Azad və sərbəst fəaliyyətləri üçün hər cür şərait yaradılan 51 xarici KİV-in 118 nümayəndəsi, habelə 59 ölkəni, 61 beynəlxalq təşkilatı təmsil edən 894 nəfər xarici müşahidəçinin də daxil olduğu 60 minə yaxın geniş müşahidəçi ordusunun mütləq əksəriyyəti ümumilikdə seçkiləri azad, ədalətli və şəffaf kimi qiymətləndirərək seçki prosesində ciddi irəliləyişlərin olduğunu qeyd etmişlər.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının çoxsaylı müşahidəçiləri də ayrı-ayrılıqda həmin mövqeni açıq şəkildə bəyan etmişlər. Lakin təəssüflə qeyd edilməlidir ki, bu qurumların adından yayılan hesabatda 1300 seçki məntəqəsində müşahidə aparılması bildirilən, ümumilikdə seçkilərin nəticələrinə heç bir təsir etməyən və mənbəyi bəlli olmayan neqativlərin qabardılması yolu ilə (ən çox halda cəmi 156 məntəqədə ümumi məntəqələrin 2,8 faizindən də azında) bu və ya digər xarakterli texniki problemlərin olduğu bəyan edilmişdir. Bununla da, həm yuxarıda qeyd edilən çoxminlik müşahidəçilərin, həm də öz nümayəndələrinin fikirlərindən kəskin fərqlənən mövqe nümayiş etdirərək, seçkilər keçirilmiş 5641 məntəqənin hamısının nəticələrinə kölgə salmaq meyli nümayiş etdirilmişdir.
Eyni zamanda, obyektivlik, qərəzsizlik, balanslılıq və peşəkarlıq kimi prinsiplərin pozulması açıq müşahidə edilən bu hesabat özündə əks etdirdiyi çoxsaylı daxili ziddiyyətlərlə də diqqəti cəlb edir. Beləliklə də seçkilərdə iştirak edən namizədlərdən hamısının prosesdən razı qalması, qanun pozuntularına dair heç bir şikayət və müraciətin olmaması, yüksək seçici fəallığı tamamilə diqqətdən kənarda saxlanılaraq süni saxtakarlıq mühitinin yaradılmasına cəhd edilir. İddia edilən pozuntuların kimin ziyanına edilməsini də anlamaq çox çətindir.
Qeyd edilənlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının hesabatının tərtibi zamanı bu təşkilatların müşahidəçilərinə missiya rəhbərliyi tərəfindən siyasi məqsəd daşıyan bu və ya digər təzyiqlərin göstərilməsi şübhəsini doğurmaya bilməz. Bu gün də demək olar ki, bütün ölkə üzrə missiyanın nümayəndələri yerlərdə ayrı-ayrı insanlarla görüşüb onlardan seçkilərlə bağlı yalnız neqativ faktların təqdim edilməsini xahiş edirlər, bu da onların hesabatlarının kifayət qədər əsassız olduğuna dəlalət edir.
Fikrimizcə, belə yanaşma missiyanın obyektivliyinə və qərəzsizliyinə ciddi kölgə salmaqla yanaşı, missiyanın rəhbərliyinə daxil olan bəzi şəxslərin, xüsusilə də missiya rəhbərinin müavini Ştefan Krauzenin qərəzli antiazərbaycan fəaliyyəti, habelə Azərbaycan dövlətinə, hakimiyyətinə və seçkilərdə namizədlərdən biri olmuş fəaliyyətdə olan ölkə Prezidentinə qarşı daimi aşkar mənfi mövqedə olmasına dair mövcud ictimai fikrə sanballı əsaslar yaradır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təkidi ilə belə bir şəxsin missiyada məsul vəzifəyə təyin edilməsi onun yaxından iştirakı ilə hazırlanacaq hesabatın qeyri-obyektiv olmasını öncədən xəbər vermişdir.
Hesabatda göstərilən iradlar bir çox hallarda özü-özünü təkzib edir. Belə ki, hesabatda qeyd edilir ki, “seçki administrasiyası bütün səviyyələrdə olduqca yaxşı təşkil və təmin olunmuş, seçkiləri effektiv hazırlamışdır”. Eyni zamanda, bunun ardınca deyilir ki, “seçki günü beynəlxalq müşahidəçilər icrası mütləq olan prosedurların geniş miqyasda nəzərə alınmamasının” şahidi olmuşlar. Hesabatda olan bu cür uyğunsuzluqlar ən azı sual doğurmaya bilməz. Digər bir ziddiyyət: hesabatın əvvəlində qeyd olunur ki, “hakimiyyət orqanları əməkdaşlığa açıq olmuş və beynəlxalq müşahidəçilər seçkiqabağı müddətdə sərbəst fəaliyyət göstərə bilmişlər”. Bir qədər sonra isə “Beynəlxalq Seçki Müşahidə Missiyasına və digər müşahidəçilərə müşahidə zamanı məhdudiyyət yaradıldığı (uyğun olaraq 4 və 8 faiz)” iddia edilir. Başqa bir irad isə daha anlamsız görünür – “Vəzifədə olan Prezidentin təşviqat kampaniyası ilə onun rəsmi fəaliyyəti arasında heç bir fərq qoyulmamışdır”. Yaxşı olardı ki, bu fərqin hansı qaydada qoyulması və onun mahiyyətinin nədən ibarət olması izah olunsun. Dünyanın heç bir ölkəsində növbəti dəfə seçkilərdə iştirak edən dövlət başçısı öz fəaliyyətini dayandırmır və dayandıra da bilməz. Bu cür seçkiqabağı mühitə tətbiq edilə bilən yeganə etik norma ondan ibarətdir ki, səlahiyyətlərinin icrasını davam etdirən dövlət başçısı seçiciləri ona səs verməyə çağırışlarından istifadə etməməlidir və Azərbaycanda keçirilən bütün Prezident seçkilərində bu qaydaya riayət olunmuşdur.
Missiyanın “seçki günü beynəlxalq müşahidəçilər şəffaflığın olmaması kimi pozuntu faktları haqqında məlumat vermişlər” iradı ümumilikdə qəbuledilməzdir. Mərkəzi Seçki Komissiyası bildirir ki, Azərbaycanda bütün seçki məntəqələri şəffaf qutularla təmin edilmiş, o cümlədən 1000 seçki məntəqəsində seçkilərin “online” qaydada izlənilməsi üçün veb-kameralar quraşdırılmışdır. Bu isə seçkilərin şəffaflığının təmin edilməsi üçün böyük əhəmiyyətə malikdir.
Sözügedən hesabatda vurğulanır ki, “digər namizədlər vəzifədə olan Prezidentə qarşı birbaşa əks mövqe nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkinmişlər”. Bu cümlədə “onu tənqid etmək” ifadəsi təəccüb doğurmaya bilməz. Birincisi, heç bir prezident seçkiləri kampaniyasının tələbləri bu və ya digər namizədin şəxsi tənqidini nəzərdə tuta bilməz. Tənqid namizədin yalnız və yalnız seçkiqabağı platformasına yönəldilə bilər. İkincisi, açıq televiziya efiri məkanında namizədlər arasında aparılan debatlar birmənalı nümayiş etdirir ki, ölkədə yürüdülən həm daxili, həm də xarici siyasət namizədlər tərəfindən öz baxışlarına uyğun olaraq tənqidi təhlil edilmişdir və namizədlərdən biri, ümumiyyətlə, Azərbaycan dövlətinin öz suverenliyindən imtina etməsi çağırışları ilə çıxış etmişdir. Belə bir vəziyyətdə hesabatın “bu seçkilərdə həqiqi rəqabət olmamışdır” ifadəsi başadüşülməzdir və qəbulolunmazdır.
Hesabatda 58 175 yerli müşahidəçinin qeydiyyata alındığı və onlardan 4 041 nəfərin QHT-lər tərəfindən akkreditasiya olunduğu göstərilir. Ardınca iddia olunur ki, hökumət və seçki administrasiyası tərəfindən yaradılan maneələr vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini məhdudlaşdırır. Əgər vətəndaş cəmiyyətinin əsas təsisatları olan QHT-lər 4 mindən çox müşahidəçi ilə təmsil olunursa, burada hansısa məhdudiyyətdən danışmaq yersizdir. Mərkəzi Seçki Komissiyasında təəccüb doğurur ki, nədənsə, seçkilərin müşahidəsindən bəhs ediləndə, bu sahədə yalnız bir qurumun – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin adı çəkilir. Onun qeydə alınmadığı və fəaliyyətinə əngəl yaradıldığı vurğulanır. Lakin Azərbaycanda seçki müşahidəçiliyi sahəsində ixtisaslaşmış digər qurumlar da var və onlar seçki dövründə yerli müşahidəçiliyi həyata keçirmişlər. Misal üçün, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) belə qurumlardan biridir. Eyni zamanda, seçkiqabağı dövrdə və səsvermə günü Azərbaycanın ən böyük QHT platforması olan, tərkibində 600-dən çox vətəndaş cəmiyyəti təsisatını birləşdirən Milli QHT Forumu 590 məntəqədə müşahidə aparmışdır.
Hesabatda iddia olunur ki, ictimai-siyasi həyatda qadınların iştirakını artırmaq üçün tədbirlər görülmür. Halbuki son illər bu istiqamətdə xeyli irəliləyiş baş vermişdir. Seçki komissiyalarında qadınlar kifayət qədər geniş təmsil olunmuşlar. Bundan başqa, məsələn, 87 rayon və şəhər icra hakimiyyətinin 1-də başçı, 75-də (86,2 faiz) isə başçının müavini qadındır. 2014-cü ildə keçirilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvləri arasında qadınların sayı əvvəlki seçkilərlə müqayisədə 8,9 faiz artaraq 35 faizə, sədrlər arasında isə 12,4 faiz artaraq 30 faizə çatmışdır.
Hesabatda ölkədə tənqidi mətbu orqanların və mediada plüralizmin olmadığı bildirilir. Mərkəzi Seçki Komissiyası hesab edir ki, bu iddia özlüyündə əsassızdır. Çünki ümumən sivil dünyada hər hansı media qurumu qarşısında qoyulan əsas tələb onun mütləq qaydada dövlət institutlarını tənqid etməsi, bəzən də bu tənqidin diffamasiya doğuracaq səviyyəyə çatması deyil, medianın öz siyasi tərəfsizliyini qorumasıdır. Mərkəzi Seçki Komissiyası qeyd edir ki, Azərbaycanda hazırda 500-dən çox gündəlik, həftəlik və aylıq nəşr olunan mətbu orqan, 5 minədək internet informasiya resursu mövcuddur. Onların arasında hakimiyyətin daxili və xarici siyasətini, dövlət başçısını və iqtidar təmsilçilərini sərt tənqid edən media qurumları kifayət qədərdir. Ölkə əhalisinin 80 faizə qədəri internetdən istifadə edir, 3 milyonadək insan sosial şəbəkə istifadəçisidir. Mərkəzi Seçki Komissiyasının apardığı müşahidələrə görə, seçkiqabağı dövrdə və seçki günü həm mediada, həm də xüsusən sosial şəbəkələrdə kifayət qədər tənqidi və bəzi hallarda hətta etikadankənar materiallar yayılmışdır. Sənəddəki “11 televiziya kanalı ölkədə siyasi məlumatların əsas mənbəyi olaraq qalır. Bu yayım şirkətlərinin sahiblik strukturları şəffaf deyildir” iradı missiyanın səlahiyyətlərini aşır. Şirkətlərdən hər biri hüquqi şəxs kimi müvafiq dövlət qurumları tərəfindən qeydə alınmışdır, vergi ödəyicisi olaraq çıxış edir və bütün məlumatlar həmin dövlət qurumlarının açıq mənbələrində yerləşdirilmişdir.
Hesabatda göstərilir ki, “diffamasiyanın həbs ilə cəzalandırılan cinayət əməli olması və prezidentin diffamasiyasına görə əlavə cəzaların mövcudluğu faktı siyasi təşviqat kampaniyası üçün əsas olan ifadə azadlığını daha da məhdudlaşdırır”. Avropa Şurasının 42 üzv dövlətində diffamasiya cinayət hesab edilir və bu dövlətlərdən 39-da bu cinayətə görə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Buna baxmayaraq, diffamasiya ATƏT üzvü olan ölkələrin böyük əksəriyyəti ilə bağlı seçki hesabatlarında siyasi təşviqat kampaniyasını məhdudlaşdıran hal kimi qiymətləndirilməmişdir. Bu səbəbdən Azərbaycanla bağlı belə qiymətləndirmə aparılması selektiv və ikili yanaşmanın təzahürüdür. O da qeyd edilməlidir ki, uzun illərdir Azərbaycan məhkəmələri təcrübədə diffamasiya ilə əlaqədar azadlıqdan məhrumetmə ilə bağlı cəza tətbiq etmirlər. Təəssüflər olsun ki, müşahidə missiyası bu halı araşdırmadan irad bildirmişdir.
Mərkəzi Seçki Komissiyasında ən çox təəssüf hissi doğuran məqam odur ki, xarici müşahidəçilərin təqribən 40 faizini təşkil edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının 360 müşahidəçisi (onlardan 270-i ATƏT DTİHB-nin müşahidəçiləri olmaqla) bu seçkilərdə ənənəvi olaraq yeganə təkzibolunmaz və son hakim funksiyasını təkbaşına mənimsəmişdir. Sözügedən müşahidə missiyasının hesabatında “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidəçiləri” terminindən yox, birbaşa “beynəlxalq müşahidəçilər” terminindən istifadə edilir ki, bu da 59 ölkəni və çoxsaylı beynəlxalq təşkilatları təmsil edən xarici müşahidəçilərə ən azı hörmətsizliyin və təkəbbürlüyün aşkar sübutudur.
Mərkəzi Seçki Komissiyası adıçəkilən sübutsuz, ziddiyyətlərlə dolu qərəzli hesabatın tam təhlilini məqsəd kimi qoymur və ümid edir ki, Azərbaycan Respublikasında 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının yekun hesabatında yuxarıda göstərilən və digər çoxsaylı uyğunsuzluqlar aradan qaldırılacaq. Əks halda Mərkəzi Seçki Komissiyası böyük təəssüf hissi ilə nümayəndələri sözügedən missiyanın tam əksəriyyətini təşkil edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə əməkdaşlığın dayandırılması məcburiyyəti qarşısında qalacaq".
Bəyanatı MSK sədri Məzahir Pənahov, MSK sədrinin müavini Natiq Məmmədov, MSK katibi Arifə Muxtarova, MSK katibi Mikayıl Rəhimov, MSK-nın üzvləri Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, İlham Məmmədov, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhramanlı Etibar Quliyev, İlkin Şahbazov imzalayıblar.
Xəbər lenti
-
Dominikan Respublikası Haiti millisinin öz ərazisində oyun keçirməsini qadağan edib
-
Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Google süni intellekt çipləri daşıyan peyki orbitə buraxıb
-
Seul Şimali Koreyanı ən azı bir ballistik raket buraxmaqda ittiham edib
-
Almaniyanın Heydenau şəhərində nasizm qurbanlarına həsr olunan xatirə daşlarının quraşdırılması qadağan edilib
-
Tramp kəşfiyyat direktorunu hökumətin süni intellekt üzrə nümayəndəsi təyin edəcək
-
Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək
-
Məğlubedilməz Farer adaları, Fransa və İtaliya sülhlə ayrılıb, Türkiyə xala həsrətdir - UEFA Millətlər Liqası
-
Mançesterdə terror aktı hazırlamaqda şübhəli bilinən iki iranlıya ittiham irəli sürülüb
-
44 günlük Vətən müharibəsinin xronikası: 3 oktyabr
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi müvəqqəti endirilib (FOTO)
-
Türkiyənin qərbində mədənin çökməsi nəticəsində beş nəfər həlak olub
-
ABŞ hökumətinin çatbotu Trampın iddialarına zidd fikirlər səsləndirdikdən sonra yenilənib
-
Hörmüz boğazında neft tankerinə hücum olub
-
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb (FOTO)
-
Putin Ural regionunda keçirilən Rusiya hərbi təlimlərini izləyib
-
Fransada yuxarı sinif şagirdlərinin aksiyalarında 600 nəfər saxlanılıb
-
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar (FOTO/VİDEO)
-
"Toyota" və "Honda" bu ölkədə avtomobil istehsalını dayandırdı
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb (FOTO)
-
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları barədə xəbərdarlıq yayıb (VİDEO)
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar (FOTO/VİDEO)
-
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
-
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar (FOTO/VİDEO)
-
Azərbaycan və Dünya Bankı arasında maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)
-
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub (FOTO)
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
PMCG rəhbəri regional əməkdaşlığın inkişafında Orta Dəhlizin rolu barədə danışıb
-
Səhiyyə naziri Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin VI iclasında iştirak edib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
ABŞ Yaxın Şərqə 3-cü aviadaşıyıcısını göndərdi
-
Bakı-Tbilisi qatarlarının reysi artırıldı. Gürcüstana gedənlər sığortanı haradan alacaq?
-
YAP İdarə Heyətində dəyişiklik: 5 yeni üzv seçilib
-
Ölkədə tikililərin monitorinqi və zəlzələ mühəndisliyi potensialının artırılmasına dəstək
-
İsrail və düşmən ölkələrin gəmiləri Hörmüzdən keçə bilməyəcək - İranlı deputat
-
İsveçrə prezidenti istefa verdiyini elan edib
-
Orta Dəhlizin uğuru onun rəqabətə davamlılğı, etibarlılığı və proqnozlaşdırıla bilənliyindən asılıdır - Dünya Bankı
-
Xaçmazın Palçıqoba kəndində növbəti səyyar qəbul keçirilib
-
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
-
Azərbaycanı qüdrətli dövlətçiliyə və inkişafa aparan yolun başlanğıc tarixi
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Azərbaycanda yeni yağ istehsalı müəssisəsi yaradılacaq
-
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub
-
Noyabrın 1-dən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik reyslərin sayı artırılacaq
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə yeni səlahiyyət verilib
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib (VİDEO)
-
Azərbaycanla Aİ “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib (FOTO)
-
Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib
-
Sumqayıtdakı məktəbdə zəhərlənənlər evə buraxılıblar (YENİLƏNİB)
-
Xəzərin dayazlaşması Orta Dəhliz üçün ciddi çağırışdır - CAMCA üzvü
-
CAMCA vahid regional ekosistem kimi formalaşmalıdır – Orxan Mustafayev
-
Lukaşenko Ermənistanı Avrasiya İttifaqını tərk etməyə tələsməməyə çağırıb
-
Süni intellekt Avstraliyanın iki dövlət qurumunun saytını sındırıb
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Fransada şagirdlərin etirazında polislə toqquşmalar yaşanıb
-
3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu - RƏY
-
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
Şagirdlərin naməlum şəxsin payladığı konfetdən zəhərlənməsi həqiqətə uyğun deyil - DİN
-
Polşada olan ABŞ hərbçilərinin sayı açıqlandı
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
İspaniyada leysan yağışlar daşqınlara səbəb olub (VİDEO)
-
Kiberordu ilə bağlı institusional fəaliyyət davam edir, əsgərlərin bu sahədə xidməti təşkil olunub - İdarə rəisi
-
Bakıda intensiv yağış yağacaq, leysan olacaq
-
Mərkəzi Bankın valyuta ehtiyatları 36%-dək artıb
-
Rumıniyaya pilotsuz uçuş aparatı düşüb
-
Artıq müdafiə sənayesi sadəcə fiziki avadanlıqlardan ibarət deyil - ETX
-
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib (FOTO/VİDEO)
-
Üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizlik üçün mühüm platformadır – Zakir Həsənov
-
Türkiyədə leysan yağışlarla bağlı "sarı" xəbərdarlıq elan olunub
-
Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir - Davud Rüstəmov
-
İnformasiya texnologiyaları sahəsində kibertəhlükəsizlik mühüm bir istiqamətdir - Elşən Həsənov
-
Meksikanın qədim mədəni irsi AzMİU tələbələrinin layihəsində canlandırılacaq – Səfirlə görüşdə razılıq əldə olunub (FOTO)
-
Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir - Tahir Budaqov
-
Məkkədə bomba həyəcanı – Bir nəfər saxlanılıb
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
TRIPP Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülh üçün əsas yaradacaq
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
-
Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
-
Prezident İlham Əliyev: Müasir ideoloji işlər aparılmalıdır
-
Prezident İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
-
Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
-
Azərbaycan iqtisadi diplomatiyaya və əlaqəliliyə xüsusi diqqət yetirir – Prezidentin köməkçisi
-
Prezident İlham Əliyev: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
-
Prezident İlham Əliyev: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır
-
Prezident İlham Əliyev: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın
-
Azərbaycan və Türkiyə müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər (FOTO)
-
Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi
-
Azərbaycan "yaşıl" texnologiyalar əsasında elektrik enerjisi ixracatçısına çevrilir – Hikmət Hacıyev
-
Şuşada Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə olunub
-
Prezident İlham Əliyev: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi
-
Azərbaycan ABŞ-nin regionda daha fəal iştirakını gözləyir - Prezidentin köməkçisi
-
Güclü yağışlar gəlir. Evinizi və avtomobilinizi qoruyun!
-
Prezident İlham Əliyev: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
-
Azərbaycan və Mərkəzi Asiya Avrasiyanın nəqliyyat mənzərəsini dəyişir - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir
-
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir (TAM NİTQ)
-
Azərbaycan xarici siyasətini çoxkomponentli geosiyasi kimliyini nəzərə alaraq inkişaf etdirir – Prezidentin köməkçisi
-
Azərbaycan və Mərkəzi Asiya Avrasiyanın yeni geoiqtisadi məkanını formalaşdırır - Hikmət Hacıyev
-
Rusiya Ukrayna ilə atəşkəs deyil, davamlı sülh istəyir – Peskov
-
Orta Dəhlizin inkişafı üçün gömrük və logistika prosedurlarının uyğunlaşdırılması da vacibdir - CAMCA üzvü
-
“ADEX 2026” və “Securex Caspian” sərgiləri başa çatıb
-
Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır - Hikmət Hacıyev
-
Tramp Venesuelaya hərbi müdaxilədən qabaq süni intellektlə məsləhətləşib
-
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib (FOTO/VİDEO)
-
Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşıb
-
Bakıda CAMCA Regional Forumunun ikinci günü başa çatıb (FOTO)
-
FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
-
Bu günə olan valyuta məzənnələri
-
Qırğızıstan ilk dəfə öz milli peykini orbitə buraxıb
-
DİQQƏT: Bu yollarda tıxac var - SİYAHI
-
“Real” “Barselona”nı bütün titullardan məhrum etmək istəyir
-
Zəfər xronikası. 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib
-
Demokratların seçkilərdə qələbəsi maliyyə böhranına səbəb ola bilər - Tramp
-
Paytaxtın iki rayonunda işıq kəsiləcək
-
Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Mançester Siti"nin müdafiəçisi zədələndi
-
Tramp Polşada ABŞ hərbi bazasının yaradıla biləcəyini açıqlayıb
-
Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək
-
Messi İspaniyada klub aldı
-
Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir - Putin
-
Bakıda bu yolda hərəkət məhdudlaşdırılacaq
-
44 günlük Vətən müharibəsinin xronikası: 2 oktyabr
-
Azərbaycan Aqrar Universiteti və Oklahoma Dövlət Universiteti birgə ikili diplomlu magistr proqramı yaradacaq
-
Bakıda 125 nömrəli avtobusda texniki nasazlıq yaranıb, sərnişinlər yolda qalıb
-
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb (FOTO/VİDEO)
-
USACC ABŞ şirkətlərinə Azərbaycanı regionda fəaliyyət üçün başlanğıc nöqtəsi kimi qiymətləndirməyə kömək edəcək
-
Transxəzər Sahibkarlıq Fondu regional bağlantının inkişafına özəl investisiyaları təşviq edəcək
-
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib (FOTO)
-
Azərbaycan millisi Lixtenşteynlə heç-heçə etdi (YENİLƏNİB)
-
Azərbaycan-Aİ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub (FOTO)
-
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)
-
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qayda tətbiq edilir
-
Nepalda qar uçqunu nəticəsində ölənlərin sayı 15-ə çatıb
-
Rusiya BMT-nin ədalətli islahatı ideyasını dəstəkləyir - Putin
-
Avropa İttifaqında ən yüksək işsizlik səviyyəsi bu ölkədədir
-
İsrailli sərnişin “flydubai” təyyarəsinin qəzaya uğramasının qarşısını necə aldıqlarını açıqlayıb
-
2027-ci il üzrə dövlət və icmal büdcə layihələri İctimai Şura üzvləri ilə müzakirə edilib (FOTO)
-
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb (YENİLƏNİB) (FOTO)
-
AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar (FOTO)
-
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb – Baş Prokurorluq
-
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib (FOTO)
-
Bərdədə qəza zamanı xəsarət alanların kimliyi məlum olub (YENİLƏNİB) (FOTO)
-
"PASHA Holding" öz şirkətlərinin ehtiyaclarına uyğun region ölkələrindən startaplar axtarır
-
Qəzənfər Abdullayevin deputat mandatı ləğv edilib
-
Ermənistan təkcə Alban kilsələrinə deyil, gürcü kilsələrinə də iddia edir — gürcü tarixçi.
-
BELGAZERCOM Azərbaycana tanışlıq missiyası təşkil etməyi planlaşdırır
-
"Azneft" istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib
-
Belçikanın logistika şirkəti Azərbaycanda birgə müəssisə yaratmaq niyyətindədir (ÖZƏL)
-
Belçika biznesi "yaşıl" enerji sahəsində Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır
-
"EDGE Group" Azərbaycanı müdafiə əməkdaşlığının regional mərkəzi kimi nəzərdən keçirir
-
Davamlı sülh cəzasızlıq şəraitində mümkün deyil - Azərbaycan nümayəndəsi BMT-də
-
Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır - Hikmət Hacıyev (FOTO)