...

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Siyasət Materials 21 Aprel 2018 18:07 (UTC +04:00)
Rusiyanın Rostov vilayətində yaşayan azərbaycanlılar icmasının sədri Şakir Allahverdiyevdən:
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Bakı. Trend:

San-Marino Respublikasının Kapitan Regentləri Stefano Palmieridən, Matteo Çiaççidən Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Cənab Prezident. Dövlətlərimiz arasındakı münasibətlərin daha da möhkəmləndiyi bir dövrdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Zati-aliləri, Sizə ali dövləti vəzifənizin icrasında uğurlar diləyir, Azərbaycan xalqına sülh, firavanlıq və rifah arzularımızı ifadə edərək, hörmət və ehtiramla ən xoş salamlarımızı və təbriklərimizi çatdırırıq".

XXX

NATO baş katibinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini Ceyms Appaturaydan Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli Prezident İlham Əliyev. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi NATO-nun baş katibi adından təbrik edirəm.

NATO ilə Azərbaycan Respublikası arasında münasibətlərin qurulması 25 il bundan əvvələ təsadüf edir və bu əməkdaşlığımızın əhəmiyyəti indiyə qədər durmadan artır. Biz sülhməramlı əməliyyatlarda Azərbaycanın rolunu, xüsusən də Sizin keçən ilin sonunda NATO-nun “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Azərbaycan sülhməramlılarının sayının artırılması barədə verdiyiniz qərarı yüksək qiymətləndiririk. Həmçinin Sizin Şimali Atlantika Alyansı ilə Azərbaycanın “Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı” çərçivəsində dinamik siyasi dialoq və praktiki əməkdaşlıq istiqamətində fəaliyyətinizi alqışlayırıq.

NATO baş katibinin Qafqaz üzrə xüsusi nümayəndəsi kimi, qarşıdan gələn illərdə də Şimali Atlantika Alyansı ilə Azərbaycan arasında əməkdaşlığı və dialoqu daha da inkişaf etdirmək niyyətindəyəm".

XXX

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının İdarə Heyətindən:

"Möhtərəm İlham Heydər oğlu. “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edir.

Siz müstəqil Azərbaycana rəhbərlik etdiyiniz son 15 ildə regionda sabitliyin və rifahın, intensiv inkişaf edən iqtisadiyyatın, Azərbaycanın müxtəlif dövlətlərlə, o cümlədən İsrail ilə dostluğunun və qarşılıqlı faydalı əməkdaşlığının möhkəmlənməsinin qarantı olmusunuz.

Siz dövlət başçısı olduğunuz müddətdə öz sələfiniz, Azərbaycan xalqının ümummilli lideri, güclü və müstəqil Azərbaycan Respublikasının təməlini qoymuş Heydər Əliyevin müdrik siyasətini davam etdirərək özünüzü mütərəqqi, ölkənizi və xalqınızı işıqlı gələcəyə uğurla aparan uzaqgörən və çevik siyasi xadim kimi göstərmisiniz.

Rəmzi haldır ki, Sizin prezident seçkilərində qələbəniz Beynəlxalq Kosmonavtika və Aviasiya Günü, həmçinin “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının yaradılmasının ildönümü günü ilə eyni vaxta düşüb. Bu fakt İsraildə Azərbaycan icmasını təmsil edən hər kəsi sevindirir.

Hörmətli İlham Heydər oğlu, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası İsrailin Azərbaycan icması adından Sizi ürəkdən dəstəklədiyini bildirir və seçkilərdə qələbəniz münasibətilə bir daha səmimi qəlbdən təbrik edir. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına və dövlətinə xidmətlərinizdə yeni-yeni uğurlar arzulayırıq".

XXX

Sərbəst güləş üzrə Olimpiya, ikiqat Dünya və Avropa, onqat Türkiyə çempionu Ahmet Ayıkdan:

"Hörmətli cənab Prezident. Aprelin 11-də Azərbaycan xalqının Zati-alinizi böyük səs çoxluğu ilə yenidən prezident seçməsi xalqın etimad və sabitliyin daha da möhkəmlənərək davam etməsi istəyini nümayiş etdirib.

Cənab Prezident, Azərbaycan dövlətinin, onun xalqının birliyinin təminatçısı olan Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə dərin ehtiramımı bildirirəm".

XXX

Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədovdan:

"Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi və bütün xalqımızı səmimi qəlbdən təbrik edirik.

Cənab Prezident, Benilüks Azərbaycanlıları Konqresi hər zaman Sizin yürütdüyünüz daxili və xarici siyasəti dəstəkləyib və bundan sonra da dəstəkləməyə davam edəcəkdir.

Möhtərəm Prezident, Sizə bir daha möhkəm cansağlığı, xoşbəxtlik, davamlı uğurlar, xalqımıza isə xeyir-bərəkət və əmin-amanlıq arzu edirik.

Xahiş edirik, səmimi salamlarımızı və ən yüksək ehtiramımızı qəbul edin".

XXX

Kiyev şəhərindəki Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin rəhbəri İlhamə Allahverdiyevadan:

"Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Ukrayna Azərbaycanlıları Gənclər Birliyi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan siyasi, iqtisadi və humanitar sahələrdə, habelə beynəlxalq arenada daha böyük nailiyyətlər qazanacaq.

Ümidvaram ki, insan kapitalının prioritetliyi və uğurlu gənclər strategiyası Sizin dövlət siyasətinizdə bundan sonra da davam etdiriləcək və tarixi Vətənimizin gələcək nəsillərinin mütərəqqi inkişafı üçün zəmin olacaq.

Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminəm.

Ukraynada yaşayan Azərbaycan gəncləri bu ölkədə Azərbaycanın müsbət imicinin möhkəmlənməsi, Ukrayna və Azərbaycan xalqları arasında qarşılıqlı dostluq münasibətlərinin fəal inkişafı üçün səylərini əsirgəməyəcəklər.

Doğma Azərbaycan xalqına Qarabağ və ətraf rayonlar da daxil olmaqla, ölkəmizin bütün ərazisində sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Bir daha Sizə öz dərin ehtiramımı ifadə edirəm".

XXX

Cəmiyyətin İnkişafı Naminə Misir-Azərbaycan Qardaşlıq Assosiasiyasının baş katibi, doktor Əbdür-Rəhman Əli Saaddan Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli Prezident. Azərbaycan xalqının inamını qazanaraq yenidən prezident seçilməyiniz münasibətilə Misir-Azərbaycan qardaşlıq Assosiasiyasının üzvləri Zati-alinizə səmimi təbriklərini çatdırmaqdan xoşbəxtlik duyur.

Bizi o da sevindirir ki, Sizin seçkilərdə qələbəniz Misirdə Prezident Əbdül-Fəttah əs-Sisinin yeni prezidentlik müddətinə seçilməsi ilə eyni vaxta təsadüf etmişdir. Misir xalqı tam əmindir ki, Zati-aliniz Misir və Azərbaycan xalqları arasındakı qardaşlıq və dostluq münasibətlərinin daha da dərinləşməsi üçün çalışacaq.

Assosiasiyanın üzvləri Qarabağda qardaş Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün göstərdiyiniz yorulmaz səylərinizi dəstəkləyir və hesab edirlər ki, məhz bu səylər Qafqazda sülhə aparan yolu özündə təcəssüm etdirir.

Paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövlətinin qurulması yolunda Fələstin xalqının hüquqlarını dəstəkləməyiniz uğrunda mübarizə apardığınız prinsipial mövqelərinizin daha bir təsdiqidir.

Zati-aliləri,

Biz Misirdə terrora qarşı rəşadət və şərəflə mübarizə aparırıq. Tarixin Misir üçün yazısı bu olmuşdur ki, beynəlxalq terrora sinə gərsin və onu məğlub etsin.

Hörmətli Prezident, Assosiasiya üzvləri Azərbaycan xalqının Sizi yenidən Prezident seçməsini sevinclə qeyd edir və təsdiqləyirlər ki, müştərək tale, ədalət, qanuna söykənən hüquqlar, birgə əməkdaşlıq üzərində qurulmuş və sülhün hökm sürəcəyi dünya uğrunda mübarizə xalqlarımızı bir-birinə daha sıx birləşdirir.

Cənab Prezident,

Sizi səmimi qəlbdən təbrik edir, daim müvəffəqiyyət arzulayırıq. Allah yolunuzu Mübarək etsin, Rəbbimiz Sizi qorusun. Sizə və qardaş Azərbaycan xalqına xoşbəxtlik diləyirik.

Ali ehtiramımızı qəbul etməyinizi xahiş edirik".

XXX

Rusiyanın Rostov vilayətində yaşayan azərbaycanlılar icmasının sədri Şakir Allahverdiyevdən:

"Çox hörmətli İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiyanın Rostov vilayətində yaşayan azərbaycanlılar icması adından və şəxsən öz adımdan təbrik edirəm.

Sizin qayğınız və müdrik rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası gündən-günə inkişaf edir, sosial, iqtisadi, dini-mənəvi sahələrdə yeni-yeni nailiyyətlər qazanır. Siz Azərbaycanın gələcəyi naminə mühüm dövlət islahatlarını uğurla həyata keçirməyə müvəffəq olursunuz.

Rusiya–Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi biz yüksək dəyərləndiririk. Azərbaycan Respublikası ilə Rostov vilayəti arasında dostluq əlaqələrinin və işgüzar tərəfdaşlığın inkişafına diqqət və dəstəyinizə görə Sizə xüsusi minnətdarlığımızı bildirmək istərdik.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ali dövləti vəzifənizdə qarşınızda duran məsələlərin həlli yolunda uğurlar arzulayırıq".

XXX

Türkiyənin Kastamonu Universitetinin rektoru, professor Seyit Aydından Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Çox hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi təbrik edir, Azərbaycanın, türk dünyasının və İslam aləminin ali mənafeyi uğrunda həyata keçirdiyiniz yüksək fəaliyyətinizin bundan sonra da davam edəcəyinə ürəkdən inanıram.

Ölkənizə və xalqınıza göstərəcəyiniz xidmətlərin davamlı olacağı düşüncəsi və inamı ilə Sizə salamlarımı, təbriklərimi və ehtiramımı çatdırıram".

XXX

“Bakılılar klubu”nun sədri Eldar Əfəndiyevdən və Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyevdən:

"Çox hörmətli Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Estoniyadakı Azərbaycan İcması və “Bakılılar klubu” adından ürəkdən təbrik edirik.

Cənab Prezident, Sizə Azərbaycan Respublikasının və diasporunun daha da inkişaf etməsi yolunda yeni-yeni uğurlar diləyirik".

XXX

“Türkdilli Xalqlarla Slavyan Xalqları Arasında “SODRUJESTVO” Fondu”nun prezidenti Mirkazım Seyidovdan:

"Çox hörmətli cənab Prezident. Bizim üçün çox sevindirici haldır ki, Azərbaycan xalqı 2018-ci il aprelin 11-də öz iradəsini ifadə edərək növbəti dəfə Sizin Prezident seçilməyinizə səs verdi. Bu isə o deməkdir ki, Azərbaycan xalqı təhlükəsizliyə və uğurlu inkişafa səs verdi.

Dünyada gedən proseslərin dinamikası və torpaqlarımızın işğal altında olması ölkə rəhbərliyindən dəmir iradə və müdrik siyasət tələb edir. Sayı əlli milyondan artıq olan azərbaycanlılar bu keyfiyyətləri Sizin şəxsinizdə görür və Sizə etimad göstərirlər. Rusiyada fəaliyyət göstərən “Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumu”nun və “Türkdilli Xalqlarla Slavyan Xalqları Arasında “SODRUJESTVO” Fondu”nun əməkdaşları Sizi seçkilərdə yenidən parlaq qələbə qazanmağınız münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı və bütöv Azərbaycan naminə mübarizədə uğurlar arzulayırlar.

İnanırıq ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlətçilik ənənələri, azərbaycançılıq ideyaları, Azərbaycanın davamlı iqtisadi inkişafı, ən əsası isə düşmən tapdağı altında olan torpaqlarımızın azad edilməsi istiqamətində görəcəyiniz bütün işləri bundan sonra da fəal davam etdirəcək və yeni-yeni parlaq qələbələr qazanmaqla Vətənimizin davamlı inkişafına nail olacaqsınız.

Sizi əmin edirik ki, təkcə bizim ictimai-siyasi təşkilatların deyil, həmçinin Rusiya Federasiyasının müxtəlif regionlarında fəaliyyət göstərən diaspor təşkilatlarının ətrafına toplaşmış minlərlə azərbaycanlı Sizin daxili və xarici siyasətinizi hər zaman dəstəkləyir, Heydər Əliyev siyasi kursunun uzunömürlü olması üçün bundan sonra da onun layiqli davamçısı kimi Sizin bütün istiqamətlərdə apardığınız işlərdə həmişə yanınızda olacaqdır.

Parlaq qələbə münasibətilə Sizi, Azərbaycan vətəndaşlarını, dünya azərbaycanlılarını və bütün türk dünyasını bir daha səmimi qəlbdən təbrik edirik".

XXX

Avstriyanın Vyana şəhərindən “Karabakh Vienna” Futbol Klubu İdarə Heyətinin prezidenti Orxan Vəliyevdən:

"Hörmətli cənab Prezident. Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə “Karabakh Vienna” Futbol Klubu İdarə Heyətinin kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdən ulu öndərimiz Heydər Əliyev ölkəmizdə idmanın inkişafını və idman vasitəsi ilə Azərbaycan Respublikasının dünyada tanıdılmasını prioritet istiqamət olaraq müəyyənləşdirmiş və bu siyasət Sizin tərəfinizdən uğurla davam etdirilmişdir.

Azərbaycan xalqının Sizə göstərdiyi yüksək etimad Sizin xidmətlərinizin və nailiyyətlərinizin, ölkəmizin iqtisadi qüdrətinin artmasına, beynəlxalq arenada nüfuzunun yüksəldilməsinə, mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına yönəlmiş siyasi kursunuzun təntənəsinin sübutudur.

Cənab Prezident, ali dövlət fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, xalqımıza sülh və firavanlıq arzu edirəm".

XXX

ABŞ-ın Kaliforniya ştatındakı San Dieqo-Bakı Dostluq Assosiasiyasının sədri Martin Kruminqdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Möhtərəm cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu, olduqca gözəl bir nailiyyətdir.

San Dieqo on ildən artıqdır ki, Bakı şəhərinin Nəsimi rayonu və Azərbaycan Respublikasının ABŞ-ın Los-Anceles şəhərindəki Baş Konsulluğu ilə mədəniyyət və təhsil sahələrində qarşılıqlı faydalı əməkdaşlıq edir.

Bu əməkdaşlıq Azərbaycanın təhsil sahəsində çalışan mütəxəssislərinin ABŞ Dövlət Departamentinin gənc liderlər üçün proqramı çərçivəsində Birləşmiş Ştatlara səfəri nəticəsində yaranmışdır. Proqramda iştirak edən gənc liderlərdən biri şəhərimizin qonağı olmuş və bu müddət ərzində o, bizim böyük hörmətimizi və rəğbətimizi qazanmışdır.

On ildən artıq davam edən tərəfdaşlığımız hazırda ən yüksək səviyyədədir. Fəxrlə deyə bilərik ki, bu müddət ərzində biz birlikdə müxtəlif uğurlu layihələr, o cümlədən konsertlər, mühazirə və səfərlər həyata keçirmişik.

Dostluq etimad yaradaraq qarşılıqlı hörmətə və anlaşmaya aparır. Azərbaycandan çox uzaqda olmağımıza baxmayaraq, Sizin ölkənizlə belə gözəl əlaqələrə sahib olduğumuz üçün özümüzü şanslı hesab edirik. Bu, ölkələr arasında körpü quruculuğunun ən yüksək nümunəsidir.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni prezidentlik müddətinizdə daim uğurlar arzu edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti