...

Dmitri Medvedyev Novruz Məmmədovu Azərbaycanın baş naziri təyin olunması münasibətilə təbrik edib

Siyasət Materials 21 Aprel 2018 19:34 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Federasiyası hökumətinin sədri Dmitri Medvedyev Novruz Məmmədovu Azərbaycanın baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, bu barədə Rusiya hökumətinin saytında yayılan məlumatda qeyd edilib.

Təbrikdə deyilir: "Rusiya və Azərbaycanı hüquq bərabərliyi prinsipləri, bir-birinin maraqlarına hörmət və mehriban qonşuluq əsasında strateji tərəfdaşlıq münasibətləri bağlayır. Əminəm ki, ikitərəfli ticari-iqtisadi əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi, nəqliyyat, neft-qaz, aqrosənaye, yüksək texnologiyalar, təhsil və mədəniyyət sahələrində böyük birgə layihələrin həyata keçirilməsi ölkələrimizin uzunmüddətli maraqlarına tam şəkildə cavab verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti