...

Piter Teys: Sarkisyanın istefası Ermənistanın müasir tarixində ən müsbət hadisədir

Siyasət Materials 25 Aprel 2018 12:20 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Ermənistanın baş naziri Serj Sarkisyanın istefası ölkənin müasir tarixində ən müsbət hadisədir.

Bunu Trend-ə Markett Universitetinin (ABŞ) beynəlxalq əlaqələr üzrə eksperti, politoloq Piter Teys deyib.

O qeyd edib ki, Ermənistan xalqı 2018-ci ilin aprelin 23-nü uzun müddət xatırlayacaq, çünki bu gün ölkə daxilindəki demokratik qüvvələr ən zalım cinayətkarlardan biri, onillik hakimiyyəti dövründə ölkə iqtisadiyyatını xarabalığa çevirən Serj Sarkisyanı uzaqlaşdırdılar:

“Ermənistanda S.Sarkisyanın baş nazir seçilməsinə qarşı genişmiqyaslı etirazlar nəticə verdi və bu Ermənistan xalqı müsbət dəyişikliklərə ümid edir. Daxili və xarici qüvvələr S.Sarkisyana güclü təzyiq göstərdi. Əminəm ki, o etirazların bu cür güclənəcəyini gözləmirdi”.

Amerikalı politoloq hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq və erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etmək məqsədilə beynəlxalq ictimaiyyət Ermənistanın indiki hökumətinə təzyiq göstərməlidir:

“Ermənistan prezidenti Armen Sarkisyan Azərbaycan hökuməti ilə yeni danışıqlara təşəbbüs göstərməli və Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvodan imtina etməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti