...

Tereza Mey: SOCAR və BP şirkəti arasında saziş əməkdaşlığın genişləndirilməsi baxımından önəmlidir

Siyasət Materials 27 Aprel 2018 11:21 (UTC +04:00)
SOCAR və BP şirkəti arasında saziş əməkdaşlığın genişləndirilməsi baxımından önəmlidir.
Tereza Mey: SOCAR və BP şirkəti arasında saziş əməkdaşlığın genişləndirilməsi baxımından önəmlidir

Bakı. Trend:

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşü olub.

T.Mey prezident seçkilərində qələbəsi münasibətilə İlham Əliyevi təbrik edib. O, Prezident İlham Əliyevlə görüşməkdən məmnunluğunu ifadə edərək bildirib ki, Azərbaycan Prezidentinin bu səfəri iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacaq.

Böyük Britaniyanın Baş naziri SOCAR ilə BP şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında sazişin əməkdaşlığın genişləndirilməsi baxımından önəmini vurğulayıb.

T.Mey Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakına və verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin və Baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti