...

Prezident İlham Əliyev Monteneqronun yeni seçilmiş Prezidentini təbrik edib

Siyasət Materials 27 Aprel 2018 14:32 (UTC +04:00)
Prezident İlham Əliyev Monteneqronun yeni seçilmiş Prezidenti Milo Cukanoviçə təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev Monteneqronun yeni seçilmiş Prezidentini təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Monteneqronun yeni seçilmiş Prezidenti Milo Cukanoviçə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir: "Monteneqronun Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Monteneqro münasibətləri dinamik inkişaf yolundadır. Ümidvaram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz növbəti dövrdə ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi yolunda səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Monteneqro xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti