...

Azərbaycan və San Marino arasında anlaşma memorandumu imzalanıb (FOTO)

Siyasət Materials 2 May 2018 13:24 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycana rəsmi səfəri çərçivəsində San Marinonun xarici işlər üzrə dövlət katibi Nikola Renzinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və San Marino arasında anlaşma memorandumu imzalanıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycana rəsmi səfəri çərçivəsində San Marinonun xarici işlər üzrə dövlət katibi Nikola Renzinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrinin möhkəmləndirilməsində mütəmadi olaraq yüksək səviyyəli görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər Azərbaycan və San Marino arasında ticarət əlaqələrinin iki ölkənin potensialına uyğun olmadığını qeyd edərək, bunun daha da dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar. Bu məqsədlə nazirlər iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün iki ölkənin biznes dairələri arasında birbaşa təmasların yaradılmasının və biznes forumların keçirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunublar. Nazir Elmar Məmmədyarov ölkəmizin Expo-2025-ə ev sahibliyi etmək üçün müraciət etməsi barədə həmkarına məlumat verib.

Nazir Elmar Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqda geniş danışaraq, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb.

Görüş zamanı nazirlər kənd təsərrüfatı, humanitar, turizm, idman və digər sahələrdə əməkdaşlıq imkanları barəsində fikir mübadiləsi aparıblar.

Görüşün sonunda nazirlər "Azərbaycan Xarici İşlər Nazirliyi ilə San Marino Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu"nu imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti