...

Gəncədə “Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda tədbir keçirilib

Siyasət Materials 4 May 2018 13:13 (UTC +04:00)
Ağstafa rayon Heydər Əliyev mərkəzində ümummilli liderimizin anadan olmasının 95-ci ildönümü və “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda tədbir keçirilib.
Gəncədə “Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda tədbir keçirilib

Bakı. Trend:

İnsan Hüquqları üzrə Müvəkkilin Gəncə regional mərkəzi və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağstafa rayon Heydər Əliyev mərkəzində ümummilli liderimizin anadan olmasının 95-ci ildönümü və “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda tədbir keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbirdə hüquq mühafizə orqanlarının əməkdaşları, bələdiyyə üzvləri, təhsil, səhiyyə, mədəniyyət, QHT sahələrində çalışan fəal gənclər, habelə rayon ağsaqqallar şurasının üzvləri iştirak ediblər.

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubova tədbiri açaraq, ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və Cümhuriyyət ilinə həsr edilmiş təbirin keçirilməsi təşəbbüsünə görə Ombudsman Elmira Süleymanovaya dərin təşəkkürünü bildirib. O, ümummilli liderimizin Vətən və millət qarşısında misilsiz xidmətlər göstərdiyini, regionların inkişafının da hər zaman diqqət mərkəzində olduğunu qeyd edib, Ulu öndərin 95-ci doğum günü ilə əlaqədar Ağstafa RİH başçısının imzaladığı sərəncamı ilə rayonda bu münasibətlə geniş tədbirlər planının hazırlandığını və həyata keçirildiyini diqqətə çatdırıb.

İştirakçılara müvəkkil E.Süleymanovanın salamlarını və xoş arzularını çatdıran Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, ombudsman təsisatı Ulu öndərin dövlətimizin inkişafında göstərdiyi xidmətləri, eləcə də müsəlman Şərqinə hüquqi demokratik quruluşu ilə örnək olmuş Xalq Cümhuriyyətinin insan hüquqları baxımından mütərəqqi tarixi fəaliyyəti, müasir Azərbaycanda insan hüquqları və demokratik islahatlar çərçivəsində həyata keçirilən işlər, dövlətçiliyimizdə Xalq Cümhuriyyəti ənənələri barədə əhalinin maarifləndirilməsi məqsədilə müxtəlif mövzularda tədbirlər həyata keçirməkdədir.

S.Abbasov vurğulayıb ki, ulu öndər Azərbaycanın taleyi ilə bağlı olan ictimai həyatın bütün sahələrinin inkişafına əvəzsiz tövhələr vermişdir. Belə sahələrdən biri də Azərbaycanın dövlətçilik ənənələrinin tarixinə, xüsusilə də Cümhuriyyət tarixinə verdiyi qiymət, həmin dövrün öyrənilməsinə, Cümhuriyyət xadimlərinin xatirələrinin əbədiləşdirilməsinə göstərdiyi xüsusi həssas münasibət, diqqət və qayğı olub. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun həyata keçirdiyi tədbirlərə yüksək qiymət verən Heydər Əliyev milli hökumətin dövlətçilik tariximizdə tutduğu yerə xüsusi əhəmiyyət verib. Həmin dövrə aid elmi araşdırılmaların aparılması, tarixi həqiqətlərin ortaya çıxarılmasında da Heydər Əliyevin verdiyi tapşırıqlar həlledici rol oynayıb.

Tədbirdə həmçinin Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ağstafa şəhər 3 saylı tam orta məktəbin direktoru Mübariz Tanrıverdiyev, Təhsil şöbəsinin aparıcı məsləhətçisi Əli Əliyev mövzu ilə bağlı çıxışlar edərək Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında göstərdiyi tarixi xidmətlərini qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti