...

Səfir: Azərbaycanda 4 mindən çox Türkiyə vətəndaşı səsvermə hüququna malikdir

Siyasət Materials 12 May 2018 11:11 (UTC +04:00)
Azərbaycanda 4500 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.
Səfir: Azərbaycanda 4 mindən çox Türkiyə vətəndaşı səsvermə hüququna malikdir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda 4500 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib.

Səfir qeyd edib ki , Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 17-də keçiriləcək parlament və prezident seçkilərində səs verəcəklər. Onun sözlərinə görə, hazırda Türkiyədə keçiriləcək parlament və prezident seçkilərinə ciddi hazırlıq işləri davam etdirilir:

“Bildiyiniz kimi, Türkiyədə keçiriləcək prezident seçkilərində artıq namizdələrin adları məlumdur. Önümüzdəki həftə isə parlament seçiklərində iştirak edəcək namizədlərin adları açıqlanacaq”.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti