Bakı. Elçin Mehdiyev – Trend:
Bəzi dairələr daxildən və xaricdən Azərbaycana təsir göstərmək istəyir.
Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.
A.Paşazadə bildirib ki, həmin qüvvələrin məqsədi Azərbaycanda dini qarşıdurma yaratmaqdır:
“Din amilindən istifadə edərək İraq və Suriyada vəziyyəti qarışdırdılar. Azərbaycanda da bu hadisələri törətmək istəyənlər var. Erməni lobbisi də bu işdə fəaldır”.
QMİ sədri dindarları bu məsələlərdə diqqətli olmağa çağırıb: “Bu məsələlərdə diqqətli olmalıyıq, heç kimə imkan verməməliyik ki, Azərbaycanda dini qarşıdurma yaratsın”.